MİDA ilə güzəştli ipoteka krediti
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən güzəştli (MİDA) ipoteka krediti
Bu krediti seçmək üçün 3 səbəb:
100 000 ₼
Maksimal məbləğ
4%
İllik faiz dərəcəsi
30 il
Maksimal müddət
Şərtlər
Məbləğ | Müddət | İllik faiz dərəcəsi | İlkin ödəniş |
---|---|---|---|
100 000 AZN-dək | max. 30 il |
4% |
min. 10% |
Qaydalar
“Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olan və həmin sistem vasitəsilə mənzili seçən aşağıdakı şəxslərin bu kreditdən istifadə etmək hüququ var:
1. Gənc ailənin üzvü olan aşağıdakı şəxslər:
1.1. Şəhidin övladları
1.2. Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanının övladları;
1.3. Azərbaycanın Milli Qəhrəmanının övladları;
1.4. Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
1.5. Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
1.6. Ən azı 3 il dövlət ümumtəhsil müəssisəsində müəllim işləyən şəxs;
1.7. Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;
1.8. İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer);
1.9. Ən azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs.
2. Elmlər doktoru elmi dərəcəsi olan şəxs;
3. Ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
4. Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları(“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla);
5. Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs;
6. Ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər;
7. Ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs;
8. Ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs;
9. Şəhid ailəsinin üzvü (əri/arvadı);
10. Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı (özü, əri/arvadı);
11. Azərbaycanın Milli Qəhrəmanı (özü, əri/arvadı);
Qeyd: Güzəştli ipoteka kreditindən istifadə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər.