
Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü münasibətilə Milli Onkologiya Mərkəzi nəzdində fəaliyyət göstərən Uşaq Onkologiya Mərkəzində müalicə alan uşaqları ziyarət etdik.
Ziyarət zamanı Bankımızın nümayəndələri uşaqlarla söhbət edib, onların arzularını bölüşüblər. Xərçənglə mübarizədə qalib tərəf olacaqlarını ifadə edən “Qalib sənsən!” şüarı ilə onlarda ruh yüksəkliyi yaradan çıxışlar ediblər. Həmçinin hər bir uşağa Expressbank tərəfindən müxtəlif hədiyyələr təqdim olunub.
“Hər zaman ictimaiyyətin yanında və hafizəsində özünəməxsus yer tutmaqla onlar üçün dəyər yaratmaq və bununla dəyər qazanmaq” hədəfi ilə çıxış edən Expressbank uşaqlara yönəlik tədbirlərilə gələcəyimizin memarlarını daim diqqətdə saxlayır.
Belə ki, bundan öncə uşaqların inkişafına və təhsilinə yönəlik bir çox tədbirlər və ianələr Bank tərəfindən icra olunub.
“Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.
“Expressbank” – işiniz rahat getsin!