Expressbank” Açıq Səhmdar Cəmiyyəti
SƏHMDARLARIN ÜMUMİ YIĞINCAĞININ ÇAĞIRILMASI BARƏDƏ
BİLDİRİŞ
Səhmdarların nəzərinə!
11 fevral 2022-ci il tarixində “Expressbank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir. Yığıncağın keçirilməsi Bankın Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 37 (Dəmirçi Tauer Biznes Mərkəzinin 8-ci mərtəbəsi, otaq 8 A) ünvanında yerləşən inzibati ofisində, saat 12:00-da təyin edilmişdir.
Gündəliyə aşağıdakı məsələlər daxil edilmişdir:
Bankın daxili nəzarət Departamentinin direktoru Mürşüdlü Rüfət Çingiz oğlunun İdarə Heyətinin üzvü, Baş risk inibatçısı vəzifəsinə təyin edilməsinin müzakirə edilməsi; Cari və təşkilati məsələlər;
Gündəliyə daxil edilmiş məsələlərlə tanış olmaq üçün bankın yuxarıda qeyd edilən inzibati ofisinə müraciət edə bilərsiniz.