ABA tərəfindən 4 nominasiya üzrə mükafatlandırıldıq

16 April 2025

Ölkənin aparıcı banklarından biri olaraq Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən keçirilən ənənəvi tədbirdə mükafatlandırıldıq. Belə ki, fəaliyyət göstərdiyimz sosial və strateji istiqamətlər üzrə 4 fərqli nominasiyada təltif olunduq.


Nominasiyalar aşağıdakı sahələri əhatə edib:

  • Korporativ Sosial Məsuliyyət
  • Maliyyə Savadlığı Dəstəkçisi
  • Təhsil Dəstəkçisi
  • Dayanıqlı Bankçılıq üzrə layihələr


Bank bu və digər sahələrdəki fəaliyyətinə ciddi önəm verir və daha genişmiqyaslı layihələri həyata keçirməyi planlaşdırır.


Qeyd edək ki, fəaliyyətimiz ötən illərdə də Azərbaycan Banklar Assosiasiyası tərəfindən müxtəlif istiqamətlər üzrə müsbət qiymətləndirilib və müvafiq nominasiyalar üzrə mükafatlara layiq görülüb. 

 

Expressbank - işiniz rahat getsin!