MİDA ilə güzəştli ipoteka krediti

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən güzəştli (MİDA) ipoteka krediti

Bu krediti seçmək üçün 3 səbəb:

100 000 ₼

Maksimal məbləğ

4%

İllik faiz dərəcəsi

30 il

Maksimal müddət

 

Məbləğ Müddət İllik faiz dərəcəsi İlkin ödəniş
100 000 AZN-dək max. 30 il

4%

min. 10%

 

 

 

“Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olan* və həmin sistem vasitəsilə mənzili seçən aşağıdakı şəxslərin bu kreditdən istifadə etmək hüququ var:

 

Gənc ailənin üzvü olan aşağıdakı şəxslər:

 

  • Şəhidin övladları
  • Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanının övladları;
  •  Azərbaycanın Milli Qəhrəmanının övladları;
  • Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
  • Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
  • Ən azı 3 il dövlət ümumtəhsil müəssisəsində müəllim işləyən şəxs;
  • Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;
  • İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer);
  • Ən azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs.

 

Yaşından və ailə vəziyyətindən asılı olmayaraq digər şəxslər:

 

  • Elmlər doktoru elmi dərəcəsi olan şəxs;
  • Ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
  • Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları(“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla);
  • Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs;
  • Ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər;
  • Ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs;
  • Ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs;
  • Şəhid ailəsinin üzvü (əri/arvadı);
  • Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı (özü, əri/arvadı); 
  • Azərbaycanın Milli Qəhrəmanı (özü, əri/arvadı);

 

Qeyd: Güzəştli ipoteka kreditindən istifadə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər.

 

 

* “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmaq üçün keçid linki

SİFARİŞ FORMASI

Ad, Soyad, Ata adı
Prefiks
Əlaqə nömrəsi
İş yeri
Rəsmi maaş (AZN)