Umumi məlumat
Expressbank ASC olaraq, artıq 35 ildən çoxdur ki, müştərilərimizə “İşiniz rahat getsin!” şüarı ilə xidmət göstəririk. 700 nəfərlik komandamızda irq, dil, din, yaş və gender fərqi olmadan, yeniliklərə açıq və çalışqan istedadlara hər zaman yerimiz var. Şəffaflıq, məsuliyyətlilik, innovativlik, effektivlik və əməkdaşlıq bizim əsas dəyərlərimiz və hər bir əməkdaşımızdan əsas gözləntilərimizdir.
Expressbankda:
- öyrənməyə və öyrətməyə hər zaman açıq insanların əhatəsində olacaqsan;
- faydalı idealarını reallaşdırmağa dəstək görəcəksən;
- peşəkar inkişafın üçün bankdaxili və bankdankənar təlimlər ala biləcəksən;
- biliyinə və potensialına müvafiq olaraq karyera yüksəlişi əldə edəcəksən.
Burada yalnız işləmirik, həm də öyrənərək inkişaf edirik
Əməkdaşlarımızın asudə vaxtlarını səmərəli keçirmələri və peşəkar inkişafa yönəlik tədbirlərin keçirilməsi məqsədilə Express İnkişaf Mərkəzi fəaliyyət göstərir. Buradakı imkanlar yalnız əməkdaşlarımız üçün deyil, həmçinin Expressbankda təcrübəçi kimi çalışan gənclər üçün də əlçatandır.
Potensiallı kadrlar bizim əsas resurslarımızdır
Təcrübədən peşəkarlığa gedən yolda potensiallı gənclərimizi ən yaxşı şəkildə dəyərləndirib, onların karyera yoluna işıqlı toxunuş etməkdən məmnunluq duyuruq. Gənc istedadların iş həyatına başlamaları üçün imkanlar yaratmaq məqsədilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə 2022-ci il tarixində imzalanmış memorandum çərçivəsində tələbə və məzunların təhsil, karyera planlamasını gücləndirir, real təcrübə imkanları təqdim edirik.
Peşəkar və dinamik komandada təcrübə qazanmaq istəyirsənsə, bizə qoşulmağa tələs!