2024-CÜ İLİN I RÜB MALİYYƏ HESABATI

16 aprel 2024

Expressbank ASC cari ilin birinci rübü üzrə maliyyə göstəricilərini təqdim edir. Hesabata əsasən, bank 3 mln. 396 min manat xalis mənfəət əldə edib. Əməliyyat mənfəəti isə 5 mln. manat təşkil edib.

 

Hesabat dövrü ərzində bankın aktivləri 531 mln. 813 min manat olub. Kredit portfelinin həcmi 417 mln. 763 min manat, depozit portfeli isə 209 mln. 432 manatdır.

 

Qeyd edək ki, Expressbank ASC beynəlxalq reytinq agentliyi “Fitch Ratings” tərəfindən “B” səviyyəli “pozitiv” proqnozu ilə təsdiqlənib.

 

Expressbank – İşiniz rahat getsin!