Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Respublika Qan Bankı tətəfinfən təltif olunduq.

16 iyun 2026

 

Expressbank olaraq, insan həyatının xilasına töhfə verməyi sosial məsuliyyət strategiyamızın əsas istiqamətlərindən biri kimi dəyərləndiririk. Fəaliyyətimizin bu istiqamətinə göstərdiyimiz diqqət və sadiqliyin nəticəsidir ki, hər il baş ofisimizdə həm ofis, həm də filial əməkdaşlarımızın fəal iştirakı ilə könüllü qanvermə aksiyaları təşkil edirik.
Bu nəcib fəaliyyətdə yüksək həmrəylik nümayiş etdirən hər bir əməkdaşımıza dərin təşəkkürümüzü bildirir, layiq görüldüyümüz bu dəyərli təltifi xeyirxahlığa şərik olan bütün əməkdaşlarımıza ithaf edirik!