Expressbank 4 nominasiyada mükafat qazanıb

03 mart 2023

Expressbank Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən “Bankçılıq Mükafatları” müsabiqəsində 4 mükafat qazanıb. Fərqli nominasiyalarda təltif edilən Bank ən çox mükafat qazanan banklar sırasında yer alıb.

Qeyd edək ki, hər il keçirilən müsabiqə, maliyyə institutlarının illik fəaliyyət nəticələri üzrə Assosiasiyanın ekspertləri tərəfindən qiymətləndirilir. 2022-ci ilin fəaliyyət nəticələrinə əsasən Expressbank 4 istiqamət üzrə mükafata layiq görülüb:

- Korporativ sosial məsuliyyət

- Ən fəal maliyyə savadlığı dəstəkçisi

- Ən fəal təhsil dəstəkçisi

- Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ABA üzvü.

 

Məlumat üçün bildirək ki, Expressbank ötən illərdə də müxtəlif nominasiyalarda “Bankçılıq Mükafatları”nı qazanıb.

 

Expressbank – İşiniz rahat getsin!