Expressbank beynəlxalq hesablaşmalarda fəaliyyətini genişləndirilməyə və beynəlxalq pul köçürmələri xidmətini inkişaf etdirməyə davam edir. Belə ki, Bank daha 2 xarici bankda müxtəlif valyutalı müxbir hesablar açıb. Həmin banklar Çinin Zhejiang Chouzhou Commercial Bankı və Almaniyanın KT Bank AG-dir.
Çin bankında müxbir hesabın açılması həmin ölkə ilə ticarət əlaqələri olan yerli sahibkarların və biznes strukturlarının daha rahat fəaliyyətinə dəstək olacaq. Müştərilər pul köçürmələrini 3 valyuta (dollar, avro və Çin yuanı) üzrə həyata keçirə bilərlər.
Expressbank Almaniyanın KT Bank AG-də EUR valyutalı müxbir hesab ilə müştərilərinin xidmətində olacaq.
Xarici pul köçürmələri etmək istəyən müştərilər "Expressbank"ın digər müxbir hesabları ilə buradan tanış ola bilərsiniz.