Expressbank AR Mərkəzi Bankının dəstəyi ilə Azərbaycan Banklar Assosiasiyası və Mediasiya Şurası arasında imzalanan memoranduma əsasən xüsusi “Mediasiya məkanı”nı istifadəyə verib. Banklar arasında bu təşəbbüsə ilk olaraq Expressbank qoşulub.
Expressbank ofisində yaradılan “Mediasiya məkanı” bank, vətəndaşlar və KOB subyektləri arasında yaranan anlaşılmaz situasiyalarda mediasiya fəaliyyətinin tətbiqi və genişləndirilməsinə dair təkliflərin həyata keçirilməsi, çevik həllinə imkan verən sistemin inkişafı üçün nəzərdə tutulub.
Mərkəzi Bank və Mediasiya Şurasının nümayəndələri yaradılan məkan ilə tanış olaraq, gələcək fəaliyyət prinsiplərini müzakirə ediblər.