Expressbank-dan xanımlara 8 mart hədiyyəsi!

02 mart 2021

Expressbank qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xüsusi ilə xanımlar üçün hədiyyəli kampaniyaya start verdi. 


Belə ki, 2-12 Mart tarixlərində nağd pul krediti əldə edən hər bir xanıma Expresso Gold və ya Expresso Platinum kredit kartı pulsuz hədiyyə ediləcək.


Eyni zamanda Expressbank-da mart ayının sonunadək davam edəcək digər kampaniyanın şərtlərinə əsasən əmək haqqı məbləğindən, iş yerindən və vəzifəsindən asılı olmayaraq hər kəs cəmi 15% ilə kredit əldə edə bilər.


Kampaniyadan yararlanmaq istəyən müştərilər Expressbank-ın istənilən filialına yaxınlaşa və ya bankın onlayn xidmət kanallarından – http://www.exb.az/loans/cash/ linkinə keçid edərək, Express24 mobil tətbiqindən, 050 444 41 32 whatsapp nömrəsindən, bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən və ya bankın rəsmi www.expressbank.az saytından krediti onlayn sifariş edə bilər.