Expressbank 2023-cü ilin yekun maliyyə hesabatını açıqlayıb. Hesabata əsasən, Bank 2023-cü ildə 12 mln. manat xalis mənfəət əldə edib, aktivlərinin həcmi isə 28% artaraq, 560,2 mln. manat təşkil edib.
Müsbət dinamika Bankın kredit portfelində də əksini tapıb. Belə ki, Expressbank ötən il ərzində müştərilərinə 409,3 mln. manat kredit verib. Bu isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 37.8% artım deməkdir. Ümumi portfelin kredit növlərinə görə göstəriciləri aşağıdakı kimidir:
- istehlak kreditləri 18.8% artım ilə 189.4 mln. manat;
- biznes kreditləri isə 18.3% artım ilə 113.4 mln. manat;
- daşınmaz əmlak kreditləri 154% artım ilə 106.5 mln. manat.
Depozit portfeli
Ötən il müştərilərinin “Expressbank”a əmanət etdikləri məbləğ 19% artaraq, 230.4 mln. manat təşkil edib. Portfelin 152.2 mln. manatını fiziki şəxslərin Banka yatırdığı əmanətlər və cari hesablar təşkil edib.
Faiz və qeyri-faiz gəlirləri
Bankın faiz gəlirləri 19.5% artaraq, 57.7 mln. manata yüksəlib. Faiz gəlirlərinin əsas hissəsini müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri və ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri təşkil edib. Qeyri-faiz gəlirləri isə 18.9 mln. manata çatıb. Həmçinin hesabat dövründə Bankın əməliyyat mənfəəti də 16% artaraq 18.5 mln. manat təşkil edib.
Expressbank – İşiniz rahat getsin!