Expressbank-ın VISA kartları ilə qazanmaq zamanıdır!

16 dekabr 2020

Expressbank-ın VISA ilə birgə əməkdaşlığı çərçivəsində, 01 dekabr 2020-ci il tarixindən yeni kampaniyaya start verilib. Kampaniya çərçivəsində Expressbank-ın bütün VISA kart sahibləri “Araz” supermarketləri şəbəkəsində bir ay ərzində 5 dəfə ən azı 30 AZN-lik alış-veriş etdikdə 25 AZN dəyərində zəmanətli vauçer qazanacaqlar.  

Bu da hələ son deyil! Sadəcə “Araz”, “Spar” və ya “Favorit” supermarketlərində Expressbank-ın VISA kartları ilə alış-veriş edərək  Siz həm də, superpriz - Volkswagen Passat qazanmaq şansı əldə edəcəksiniz. Yeni ildə yeni avtomobil sahibi olmaq istəyirsinizsə Siz də lotereyada iştirak edin və qazanın. Hər 30 AZN-lik alış-veriş sizin üçün daha bir qazanmaq şansı deməkdir. 1 ədəd Volkswagen Passat avtomobili bütün lotereya müddətində qazanılmış şanslar arasında təsadüfi seçim yolu ilə oynanılacaq.

Kampaniya 30 aprel 2021-ci il tarixinə qədər davam edəcək. Daha ətraflı məlumatı   www.lottery.az  saytından əldə edə bilərsiniz.