Müştərilərinin rahatlığını əsas prinsiplərindən biri hesab edən Expressbank, bu istiqamətdə yeniliklər etməyə davam edir!
Expressbank eManat vasitəsilə yeni xidmət imkanı yaradır. Expresspay terminallarından olduğu kimi, eManat terminallarında da hesaba mədəxil funksiyası artıq aktivdir. Müştərilərimiz eManat terminalları ilə plastik kart hesablarına pul mədaxil edə bilərlər.
Bunun üçün eManat terminallarında banklar hissəsinə daxil olaraq Expressbankı seçib, müvafiq əməliyyatı yerinə yetirə bilərsiniz.
Gün ərzində 200 AZN, ay ərzində isə ümumi olaraq 2000 AZN-ə qədər olan əməliyyatlar komissiyasızdır.
Daha ətraflı məlumatı: Expressbank-ın rəsmi saytına www.expressbank.az daxil olaraq və 132 Məlumat Mərkəzinə zəng edərək ala bilərsiniz.