Expressbank müştərilərinə 250 min AZN-dən artıq pul qaytarıb

13 iyul 2018

“Expressbank” kartları ilə alış-veriş zamanı real pul qazanmaq mümkündür. Bankın təqdim etdiyi məhsul və xidmətlər sırasında xüsusi yer tutan “ExpressClub” məhz müştərilər üçün düşünülmüş unikal xidmətdir.

“ExpressClub” bu günədək müştərilərinə 250 min AZN-dən artıq cashback qaytarıb. “Xərclərinizi gəlirə çevirin” şüarı altında təqdim olunan “ExpressClub” layihəsi çərçivəsində, “Expressbank”ın plastik kart sahibləri ölkədaxili onlayn və ya POS-terminal vasitəsilə alış-veriş edərkən xərclənən məbləğin bir hissəsini karta geri alırlar (cashback).

Müştərilər bu vəsaiti həm nağdlaşdıra, həm də POS-terminal vasitəsilə yenidən alış-veriş edə bilərlər.

“ExpressClub” tərəfdaş şəbəkəsinə daxil olan satış nöqtələrində “CashBack” 20%-dək hesablanır.

Klubun xüsusi üstünlüyü - onun tərəfdaş olmayan nöqtələrdə belə POS-terminal vasitəsilə xərclənən vəsaitin 0,3% hissəsinin karta geri qayıtmasıdır.

Tərəfdaşların siyahısı ilə www.expressclub.az saytında tanış ola bilərsiz.

Bütün bu fürsətlərdən yararlanmaq üçün, sadəcə, “Expressbank”ın səhifəsinə və ya filiallarına müraciət edərək istənilən kartına sahib olmaq kifayətdir.