Məmnuniyyətlə bildiririk ki, xidmətlərimizi müştərilərə daha yaxın etmək məqsədilə filiallarımızın sayını 18-ə çatdırdıq. Bakının Bakıxanov və Həzi Aslanov ərazilərində bankımızın 2 yeni filialı eyni gündə fəaliyyətə başlayıb.
Belə ki, bankımızın rəhbər heyətinin və müştərilərinin iştirakı ilə ilk növbədə Bakıxanov, daha sonra Həzi Aslanov filiallarının açılışı baş tutub.
Açılış mərasimi İdarə Heyətinin sədri Mehman Məmmədovun nitqi ilə başlayıb. O, öz çıxışında bankımızın fəaliyyətində müştəri məmnuniyyətinin və xidmət keyfiyyətinin yüksək səviyyədə qorunmasının əsas prinsiplərdən biri olduğunu vurğulayıb. Yeni filialların istifadəyə verilməsinin də bu yanaşmanın davamı olduğunu qeyd edib.
Daha sonra qonaqlar filialda xidmət zonaları ilə tanış olub, burada təqdim olunan bank xidmətləri barədə məlumat alıblar. Filialların ilk müştərilərinə tərəfimizdən xüsusi hədiyyələr təqdim olunub.
Müasir konsepsiya əsasında qurulan yeni filiallarda hesablaşma-kassa əməliyyatları, hesab açılması, müxtəlif növ kredit və depozit məhsulları, kart xidmətləri, pul köçürmələri, valyuta mübadiləsi və digər bank xidmətləri təqdim olunur.
Bununla yanaşı, yeni xidmət məntəqələrimizdə Kiçik və Orta Biznes subyektləri və mikro sahibkarlara geniş xidmət heyəti tərəfindən maliyyələşmə imkanları və gündəlik biznes ehtiyaclarına uyğun bank məhsulları üzrə operativ xidmət göstəririk. Həzi Aslanov Filialı Xətai rayonu, Məhəmməd Hadi küçəsi 64-də, Bakıxanov Filialı isə Sabunçu rayonu, Ülvi Rəcəbli küçəsi 47 ünvanında yerləşir.
Expressbank olaraq, inanırıq ki, bundan sonra da xidmət şəbəkəsinin genişləndirilməsini rahat və əlçatan bank həllərinin tətbiqi və müştəri təcrübəsinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətimizin əsas meyarlarından biri kimi davam etdirəcəyik. Hazırda bankımız Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Şirvan, Qusar, Xaçmaz və Lənkəranda müasir konsepsiyalı filiallar ilə müştərilərinə xidmət göstərir.
“Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.