Expressbank penetrasiya testlərinin keçirilməsi üzrə tender elan edir

29 sentyabr 2026

 

Tender çərçivəsində daxili və xarici penetrasiya testlərinin, o cümlədən “graybox” və “blackbox” yanaşmaları ilə təhlükəsizlik qiymətləndirməsinin aparılması nəzərdə tutulur.

 

Tenderdə iştirak edəcək şirkətin layihə üzrə təklif etdiyi komanda müvafiq penetrasiya testi istiqamətlərini əhatə edən, elektron şəkildə yoxlanıla bilən beynəlxalq sertifikatlara malik mütəxəssislərdən formalaşdırılmalıdır. Təchizatçı şirkətin bank sektorunda Penetration Testing və Application Security istiqamətində təcrübəsi, bu təcrübəni təsdiq edən istinad məktubları və penetrasiya testləri sahəsində ən azı 3 illik fəaliyyət təcrübəsi olmalıdır.

 

Təkliflərin qiymətləndirilməsi zamanı xidmətin qiyməti, xidmətlərin keyfiyyəti və təchizatçının təcrübəsi və reputasiyası, habelə xidmətlərin müəyyən edilmiş müddətdə icra edilməsi imkanları nəzərə alınacaq.

 

Təkliflərin təqdim edilməsi üçün son tarix: 10 oktyabr 2026-cı il.

 

Tenderlə bağlı əlaqələndirici şəxs:

 

Leyla Hacıyeva 055 214 08 05
E-poçt: satinalma@expressbank.az