Expressbank qanvermə aksiyası keçirib

26 may 2023

Expressbank ənənəvi olaraq könüllü qanvermə aksiyası keçirib. Bankın təşəbbüsü ilə Mərkəzi Qan Bankının nümayəndələri Expressbank-ın baş ofisinə gələrək aksiyanın həyata keçirilməsinə dəstək olublar.

 

Həkim-hematoloqlar tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlandıqdan sonra onlardan qan götürülüb. Qanvermə aksiyası hemofiliya və talassemiyadan əziyyət çəkən insanların qanla təminatına yardım məqsədi daşıyır. Hal-hazırda ölkəmizdə 2000-dən çox insan talassemiya və hemofiliya kimi irsi qan xəstəliklərindən əziyyət çəkir. Korporativ sosial məsuliyyətə xüsusi diqqət ayıran Expressbank qanvermə layihələri təşkil etməklə xəstəliklə mübarizədə onlara daim dəstək olur.