“Expressbank” sahibkarlara dəstək göstərməyə davam edir!

16 mart 2021

Hər zaman müştərilərinin qayğısına qalan və onlara bizneslərinin inkişafı istiqamətində dəstək olan “Expressbank”, pandemiyadan zərər çəkmiş iş adamlarına subsidiyalı kreditlər təqdim etməyə davam edir. Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq çərçivəsində Bank, cari və yeni müştərilərinə dövlət zəmanəti əsasında, güzəştli şərtlərlə və cəmi 7.5%-lə kreditlər təklif edir.

Sahibkarlara təqdim edilən kreditin maksimal məbləği 3 000 000 manat, kreditin maksimal müddəti isə 36 ayadəkdir. Bundan əlavə sahibkarları 12 ayadək güzəşt müddəti də gözləyir. 

“Expressbank”dan subsidiyalı kredit əldə etmək üçün sahibkarlar www.e-edf.gov.az linkinə keçid alaraq müraciət edə bilərlər.