Expressbank Türkiyəyə 50 000 ABŞ dolları ianə etdi

20 fevral 2023

Expressbank Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə yardım məqsədilə 50 000 ABŞ dolları ianə etdi.

 

Yardım vəsaiti Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) hesabına köçürülüb.

 

Qeyd edək ki, zəlzələnin baş verdiyi ilk günlərdən Expressbank yardım məqsədilə AFAD rəsmi fonduna köçürmələri komissiyasız həyata keçirir. Həmçinin ianələri Express24 mobil tətbiqi vasitəsilə də etmək mümkündür. Bunun üçün tətbiqdə “Hökümət ödənişləri” bölməsini seçib AFAD və ya Qızılı Aypara Cəmiyyəti hesabına köçürmə edə bilərsiniz.