"Expressbank"da Biznesin inkişafı departamentinə yeni direktor təyinatı.

20 avqust 2019

"Expressbank" ASC-nin Biznesin İnkişafı Departamentinə yeni rəhbər təyin edilib. Bu vəzifə Mehriban Ocaqquliyevaya həvalə olunub. Mehriban Ocaqquliyeva daha əvvəl "Expressbank"da 9 il çalışmış və Biznesin İnkişafı Departamentinin rəhbəri olmuşdu. Onun ümumilikdə bank sahəsində 15 illik təcrübəsi var. Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə kredit fakültəsindən məzunudur. Daha əvvəl Expressbank-da  Müştəri Xidmətləri Departamentinin direktoru, Risklərin İdarə Edilməsi Departamentinin  direktor müavini, Nərimanov filialının müdiri, Biznesin İnkişafı Departamentinin direktoru vəzifələrində çalışıb.

Mehriban Ocaqquliyeva bankdakı yeni vəzifəsinin icrasına 2019-cu ilin avqustundan başlayıb.