Sahibkarların etibarlı maliyyə tərəfdaşı Expressbank biznesini inkişaf etdirmək istəyən müştərilərinə qızıl təminatı ilə mikro kredit məhsulunu təqdim edir.
Yeni məhsul sahibkarlara fəaliyyətlərini genişləndirmək, dövriyyə vəsaitini artırmaq, mal ehtiyatlarını yeniləmək və digər biznes ehtiyaclarını qarşılamaq üçün əlavə maliyyə imkanı yaradır. Qızıl təminatı ilə mikro kredit məhsulu sahibkarların 50 000 AZN-dək vəsait əldə edə bilməsini təmin edir.
Kredit 36 ayadək müddətə təqdim olunur və müştərilər üçün 3 aya qədər güzəşt müddəti nəzərdə tutulub. Sadə rəsmiləşdirmə prosesi və çevik şərtlər sayəsində sahibkarlar ehtiyac duyduqları maliyyə vəsaitinə daha operativ çıxış əldə edə bilirlər.
FİFD: min. 24.07% - maks. 41.60%
Komissiya: 1.5% - 2%
Məbləğ: 500 – 50 000 AZN
Güzəşt müddəti: 3 ayadək
İllik faiz: min. 23% - maks. 29%
“Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.
