Filial şəbəkəsinin optimallaşdırılması

06 noyabr 2019

Filial şəbəkəsinin optimallaşdırılması və müştəri kütləsinin daha səmərəli idarə olunması məqsədi ilə Expressbank-ın müraciəti əsasında Maliyyə Bazarlarına Nəzarət Palatası bankın Mərkəz filialına verilmiş 21.12.2011-ci il tarixli 119/7 saylı icazəni ləvğ etmişdir. Beləliklə, Expressbank Mərkəz filialının müştərilərinə Bül-bül pr., 29 və  Vidadi küç. 189  kəsişməsində yerləşən Nəsimi filialına müraciət etməyi tövsiyə edir.

Xatırladaq ki, hazırda pərakəndə və biznes bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən Expressbank-ın ölkə ərazisində  15 filialı mövcuddur. Filialların siyahısı və ünvanları ilə https://www.expressbank.az/news#locations linkdən daha ətraflı tanış olmaq mümkündür.

Şənbə günləri saat 10:00-dan 15:00-dək Bakıda Nəsimi və Əhmədli, Sumqayıt şəhərindəki filial, bölgələrdə isə Gəncə, Mingəçevir və Bərdə filialları fəaliyyət göstərir.

Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az  saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.