Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” Expressbank-ın reytinq proqnozunu "Stabil"dən "Pozitiv"ə yüksəldib. Həmçinin, Bankın reytinqi bir daha “B” səviyyəsində təsdiqlənib.
Agentlik reytinq proqnozunu Bankın aktivlərinin keyfiyyəti, gəlirliyi və kapital buferinin gücü ilə əlaqələndirir. Hesabatda Bankın kredit portfelinin artım dinamikası, dollarizasiyanın aşağı olması, gəlirliyi də vurğulanıb.
Qeyd edək ki, Expressbank-ın 2023-cü ilin III rübündə xalis mənfəəti 9.9 milyon manat olub, aktivləri isə yarım milyarda yaxınlaşıb.
Expressbank - İşiniz rahat getsin!