“Fitch Ratings” “Expressbank”ın stabilliyini təsdiqləyib

12 iyul 2018

Maliyyə Departamenti ilə uzun sürən hesabatlıqların, yazışmaların və danışıqların sonunda bütün pozisiyalar üzrə reytinqlərimiz yenidən təsdiqləndi.

Bank sektorunda cari durumu nəzərə alaraq, reytinqlərin ən azından eyni səviyyədə saxlanması çox önəmli göstəricidir. Buna baxmayaraq, press-relizdə bankın ümumi və maliyyə göstəricilərinin ötən ilə nisbətən daha da yaxşılaşdığı öz əksini tapıb.

Təsdiqlənmiş reytinqlər aşağıdakı kimidir:

Long-Term IDR: affirmed at 'B', Outlook Stable

Short-Term IDR: affirmed at 'B'

Viability Rating: affirmed at 'b'

Support Rating: affirmed at '5'

Support Rating Floor: affirmed at 'No Floor'

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın aparıcı banklarından biri olan “Expressbank” ASC-nin kredit reytinqini “B” səviyyəli “stabil” proqnozu ilə növbəti dəfə təsdiqləyib.

Bu reytinq ölkə bankları sırasında yüksək nəticələrdən hesab edilir. “Fitch Ratings” agentliyinin bu proqnozu, “Expressbank” ASC-nin aktivlərinin keyfiyyətini, kapitalın adekvatlığını nəzərə alaraq, mümkün risklərin ödənilməsi potensialını əks etdirir.

“Expressbank” fərqli xidmət göstərən, 16 filialdan ibarət şəbəkəyə malik, ölkənin aparıcı banklarından biridir.