2024-cü ilin 4-cü rübü üzrə nəticələrini açıqladıq.
Expressbank öncəki illərdə olduğu kimi, 2024-cü ili də müsbət nəticələrlə başa vurub. Belə ki, ötən il ərzində Expressbankın aktivləri 60 milyon manata yaxın və ya 11% artaraq 560 milyon manatdan 2024-cü ilin sonuna 620 milyon manata yüksəlib. Bununla da Expressbank öz stabil inkişafını qorumağa davam edib.
İl ərzində bankın kredit portfeli 23%-ə yaxın artaraq 409 milyon manatdan 501 milyon manata yüksəlib.
Bankın depozit portfeli 32 milyon manat artaraq 230 milyondan 262 milyon manata qalxıb. Belə ki, təkcə fiziki şəxslər üzrə depozit portfeli əvvəlki ilin analoji dövrü ilə müqayisədə 33% artım göstərərək 152 milyondan 202 milyona yüksəlib.
Bankın aktivlərinin artımı mənfəət-zərər göstəricilərində də öz əksini tapır. Belə ki, Bankın xalis faiz gəliri 15%, qeyri-faiz gəlirləri 8%-dən çox artmışdı. Nəticədə Bankın əməliyyat mənfəəti 10% artaraq 20 milyon manat təşkil edir. Bank il ərzində mümkün zərərlər üzrə yaratdığı ehtiyat və vergi xərcləri çıxıldıqdan sonra 11 milyon 237 min manat mənfəət əldə etmişdir.
Qeyd edək ki, "Expressbank" 2024-cü ildə beynəlxalq "Fitch Ratings" agentliyi tərəfindən gözlənti stabil olmaqla "B+" səviyyəsi ilə qiymətləndirilib. Bankın audit hesabatını böyük dördlüyə daxil olan KMPG audit şirkəti aparır.
Expressbank – İşiniz rahat getsin!