Hörmətli kart istifadəçiləri, dələduzların qurbanına çevrilməmək üçün diqqətli olun. Kartın üzərindəki 16 rəqəmli nömrəni, kartın son istifadə tarixini və arxasındakı CVV kodu heç bir halda kənar şəxslərlə paylaşmayın. Nömrənizə göndərilən OTP kodu məxfi saxlayın, etibarsız və qeyri-rəsmi saytlarda qeyd etməkdən çəkinin.
Unutmayın ki, bank əməkdaşı sizdən kart məlumatlarını tələb etmir.
Qeyri-real uduşlar vəd edən saxta lotereyalara aldanmayın, piramida tipli dələduzluq sisteminə qoşulub, tanımadığınız şəxslərə vəsait göndərməyin.
Şübhəli hallarla qarşılaşdıqda Express24 tətbiqində kartı dərhal bloklaşdıra və ya 132 Məlumat Mərkəzinə müraciət edə bilərsiniz.