Klassik əmanət faizləri yüksəldi!

23 fevral 2024

Bankımızda depozit faizləri illik 11,5%-dək artdı. Bu o deməkdir ki, Klassik əmanət ilə indi daha çox qazanc əldə edə bilərsiniz. Yeniliyə əsasən Klassik əmanət üzrə manat valyutasında 36 aya qədər vəsait yerləşdirən hər kəs illik 11,5%-dək gəlir qazanacaq.

Təklifdən yararlanmaq üçün vəsaitinizi Expressbank-a əmanət edin, gəlirinizi artırın.

Əmanət növlərinin digər üstünlükləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.
AR Vergi Məcəlləsinə əsasən fiziki şəxslərin manat valyutalı əmanətləri üzrə aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsi, həmçinin 18 ay və daha artıq müddətə yerləşdirildikdə və məbləğ 18 aydan tez olmayaraq ödənildikdə faiz gəlirləri vergidən tam azaddır.

“Əmanətlərin sığortalanması haqqında” AR Qanununa əsasən fiziki şəxslərin 100 000 AZN-dək məbləğdə olan əmanətləri ƏSF tərəfindən sığortalanır.

 

Expressbank ASC · Lisenziya №119, 30.12.1992, AR MB. Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.

 

Expressbank - İşiniz rahat getsin!