Komandamız "Bakı Marafonu 2025"də “Küləyə Qalib Gəl”di!

06 may 2025

Expressbank komandası "Bakı Marafonu 2025"də  yüksək enerjisi və birlik gücü ilə “Küləyə Qalib Gəl”di!

 

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən, sağlam həyat tərzini təbliğ edən və hərəkət üçün motivasiya yaradan bu yarış bütün iştirakçılara yarışarkən yardımlaşmağı və bir-birini ruhlandırmağı öyrətdi.

 

Biz inanırıq ki, sağlam cəmiyyətin təməlində sağlam fərdlər dayanır. “Küləyə Qalib Gəl” layihəsində fəal iştirak etməklə bu inamımızı bir daha doğrultduq.

 

Yarış boyunca göstərilən dəstəyə, motivasiyaya və birlik ruhuna görə bütün komanda üzvlərinə təşəkkür edirik!

 

Expressbank - birlikdə fərq yaradırıq!