Koronavirusla mübarizəyə dəstək olmaq istəyənlərin nəzərinə!

02 mart 2020

COVİD-19 infeksiyanın Azərbaycan Respublikasında yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək məqsədilə cənab prezident İlham Əliyevin təşəbbüsü ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılmışdır.

Vətandaşlar birlik gücünü nümayiş etdirərək, Koronavirusla mübarizəyə dəstək olmaq üçün ianəni rahat və evdən çıxmadan Hökümət Ödəniş Portalında onlayn şəkildə həyata keçirə bilərlər.  https://gpp.az/kmdf linkinə daxil olaraq, və ya telefona yüklənmiş Hökümət Ödəniş Portalının mobil əlavəsi vasitəsilə ( Android və İOS platformalarından) ödənişləri reallaşdırmaq mümkündür.