Belə ki, Bankın Risklərin İdarə Edilməsi departamentinin direktoru Samirə Qəhrəmanova Vaqif qızı bu vəzifəyə təyin olunub.
Qeyd edək ki, Samirə Qəhrəmanova Qafqaz Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə məzunudur. 2006-ci ildən başlayaraq bank sektoru üzrə müxtəlif vəzifələrdə çalışıb.
2022-ci ildən etibarən Expressbankda Risklərin idarə edilməsi departamentinin direktoru olaraq karyerasına davam edib.
Məlumat üçün bildirək ki, daha öncədən Müşahidə Şurasının üzvü olan Fuad Məmmədov Yaşar oğlu yeni təyinatla müstəqil üzv seçilib.