Hörmətli müştərilər,
Sizə daha sürətli və keyfiyyətli xidmət göstərmək məqsədi ilə avtomatlaşdırılmış bank sistemini yeniləyirik.
7 fevral 00:00-dan 07:00-dək və 13 fevral 01:00-dan – 14 fevral 23:59-dək qeyd edilən əməliyyatların aparılmasında məhdudiyyət yarana bilər:
• Express24 (mobil tətbiq) – bütün köçürmələr, ödənişlər və qeydiyyat
• İnternet bankçılıq (veb platforma) – bütün köçürmələr
• Şəxsi kabinet – bütün kart artımları və ödənişlər
• Terminallar - bütün kart artımları və bank xidməti ödənişləri
• Portmanata vəsaitin çıxarılması
• Hesab.az platforması vasitəsilə kreditin ödənilməsi
Fevral ayının 15-dən yenilənmiş bank sisteminin fəaliyyəti tamamilə bərpa olunacaq.
Expressbank müştərilərinə qeyd edilən tarxilərə planlaşdırdıqları bank əməliyyatlarını öncədən həyata keçirməklərini tövsiyə edir və yarana biləcək çətinliyi anlayışla qarşılamalarını xahiş edir.