Nağd kredit komissiyası sıfırlandı!

06 mart 2024

Expressbank 8 Mart münasibətilə yeni kampaniyaya start verib. Yalnız 2 gün, 7 və 8 mart tarixlərində bankda nağd kredit komissiyasız olacaq. Müştərilər 70 000 AZN-dək krediti maaş məbləğindən asılı olmayan faiz ilə, illik 10,9%-dən əldə edə bilərlər.

Bununla yanaşı, krediti indi alıb, əsas məbləğ üzrə ödənişə 2 ay sonra başlamaq fürsəti də mövcuddur. Başqa bankdan kreditini gətirən şəxslər üçün də "Expressbank"da nağd kredit komissiyası 0%-dir.

Qeyd edək ki, 8 Mart qeyri-iş günü olmasına baxmayaraq bu tarixdə Expressbank-ın bütün filialları 14:00-dək müştərilərin xidmətində olacaq.

 

FİFD: 10,9% - 30,2% Müddət: 3-59 ay. Yaş: 20-65 (kreditin bitmə tarixinədək)

 

Krediti bankın bütün filiallarından və ya linkdəki formu dolduraraq sifariş edə bilərsiniz.

 

 

“Expressbank” – İşiniz rahat getsin!