Yaşadığımız son bir neçə ay ərzində Covid19 pandemiyası bir çoxlarının maliyyə durumuna öz mənfi təsirini göstərə bilib. Bu çətin günlərdə müştərilərimizə dəstək məqsədi ilə nağd pul krediti üzrə illik faiz dərəcəsini endirərək yeni kampaniyaya start verdik.
Yeni kampaniya çərçivəsində 3 ilədək nağd pul kreditini, müddətdən asılı olmayaraq illik cəmi 16.5% ilə təklif edirik. 6 iyul 2020-ci il tarixindən etibarən qüvvədə olan kampaniyanın şərtlərinə əsasən maksimal əldə edilə biləcək kredit məbləği 30 000 AZN təşkil edir.
Kredit üzrə faizlərin aşağı olması müştərilərə aylıq ödənişlərini maliyyə sıxıntısı keçirmədən rahatlıqla reallaşdırmağa imkan verəcək.
Nağd pul kreditini əldə etmək üçün müştərilər banka gəlmədən 050 444 41 32 whatsapp nömrəsi, Express24 mobil tətbiqi, sifarişlərin qəbulu üçün istifadə edilən https://bit.ly/2NNSOGD saytı vasitəsi ilə onlayn sifariş edə və ya istənilən filialımıza yaxınlaşa bilərlər.