
Expressbankın VISA kart istifadəçiləri üçün keçirdiyi lotereya yekunlaşıb.
Lotereyanın dördüncü rübü üzrə son tirajının SUPER UDUŞU olan Volkswagen ID4 Pure+ 15 aprel 2025-ci il tarixində Expressbankın sosial media hesablarında, canlı yayım zamanı təsadüfi yolla seçilən qalibə təqdim olunub. Bununla da lotereyanın son hədiyyəsi öz qalibinə çatıb.
Qeyd edək ki, lotereya 2024-cü ilin aprel ayından etibarən başlayıb və 1 il davam edib. Ümumilikdə 4 rüb və hər rüb 3 tirajdan ibarət olub. Hər rübün ilk iki tirajında müxtəlif “Apple” məhsulları, son tirajında isə super uduş olan elektrikli avtomobil təsadüfi yolla seçilən qaliblərə təqdim olunub. Ümumilikdə, 4-ü elektrikli avtomobil olmaqla, 148 ədəd qiymətli hədiyyə Expressbank VISA kart istifadəçilərinə çatıb.
Expressbank - işiniz rahat getsin!