Şəkidə keçirilən Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış yarmarkasında iştirak etdik.

27 oktyabr 2025

Tədbirin əsas məqsədi regionda toxumçuluq sahəsinin inkişaf perspektivlərini nümayiş etdirmək, yerli fermerlərin satış imkanlarını genişləndirmək, sahibkarlığın təşviqi və yeni tərəfdaşlıq əlaqələrinin qurulmasına dəstək verməkdir.

 

Festival çərçivəsində nümayəndələrimiz iştirakçılara aqrar biznesin maliyyələşdirilməsi istiqamətində təqdim etdiyimiz imkanlar, kredit məhsulları və dəstək mexanizmləri barədə məlumat veriblər.

 

Bu kimi tədbirlər aqrar sahədə innovativ yanaşmaların təşviqi, yerli istehsal potensialının artırılması və sahibkarların biliklərinin genişlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

 

Expressbank olaraq biz, regionlarda iqtisadi fəallığın gücləndirilməsinə və sahibkarların dayanıqlı inkişafına dəstək göstərməyə davam edirik.

 

“Expressbank” ASC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 saylı lisenziya əsasında fəaliyyət göstərir.

 

Ünvan: Bakı şəhəri, Y.V.Çəmənzəminli küçəsi, 134C.