3D Secure

İnternet vasitəsi ilə onlayn ödənişlər zamanı dələduzluq hallarının qarşısını almaq məqsədilə 3D Secure xidmətindən istifadə edə bilərsiniz.

3D Secure – İnternet vasitəsi ilə onlayn ödənişlər zamanı dələduzluq hallarının qarşısını almaq üçün bir xidmət növüdür. Expressbankın bütün plastik kartları bu xidmətə avtomatik qoşulur. Xidmət pulsuzdur. Qeyd etmək lazımdır ki, bu xidmətdən həm VISA (Verified by VISA) həm də Mastercard (Mastercard SecureCode) tipli kart istifadəçiləri faydalana bilərlər.