“Çirkli pulların yuyulması” termini ilk dəfə 1920-1930-cu illərdə yaranıb. Həmin illərdə Amerikada olan bir sıra cinayətkarlar qeyri-qanuni yollarla əldə etdikləri pulları leqal pula çevirmək istəyirdilər. Məhz həmin illərdən başlayaraq bir sıra ölkələrdə çirkli pulların yuyulmasına qarşı müxtəlif metodlardan istifadə edilməyə başlanıb. 2009-cu ildə Azərbaycanda “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanun qüvvəyə mindikdən sonra, Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Maliyyə Monitorinqi Xidməti (MMX) çirkli pulların yuyulması və maliyyə terrorizmi (ÇPY/MT) ilə mübarizə sahəsində mühüm nailiyyətlər əldə edilib. Əksər banklarda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə qaydalar təsdiqlənib.
Expressbank cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə
DAXİLİ QAYDALAR