“Apple Pay”ə qoşulmaq üçün nə lazımdır?
- “Apple Pay” funksiyasını aktiv etmək üçün “Face ID” və ya“Touch ID” dəstəkləyən “iPhone”, “Apple Watch”, “Mac” və “iPad” сihazları;
- “Expressbank”dan olan “VISA” və “MasterCard” ödəniş kartları;
- İnternet bağlantısı.
“Apple Pay”ə qoşulmaq necə olur?
- “iPhone” mobil cihazlarında : “Express24” mobil tətbiqinə daxil olub, “Apple Wallet”a əlavə etmək istədiyiniz kartı seçib, müvafiq düyməyə klik edirsiniz.
Menyuda göstərilən seçimlər hissəsində “iPhone” düyməsini klik edirsiniz. Seçdiyiniz kartı “Apple Wallet”a əlavə etdiyinizdə Sizə birdəfəlik gələn OTP şifrəsini yazırsınız. Bununla da kartınız “Apple Wallet”də qeydiyyatdan keçmiş sayılır.
- “Apple Watch” da: “Express24” mobil tətbiqinə daxil olub, “Apple Wallet”a əlavə etmək istədiyiniz kartı seçib, müvafiq düyməyə klik edirsiniz.
Menyuda göstərilən seçimlər hissəsində “Apple Watch” düyməsini klik edirsiniz. Seçdiyiniz kartı “Apple Wallet”a əlavə etdiyinizdə Sizə birdəfəlik gələn OTP şifrəsini yazırsınız. Bununla da kartınız “Apple Wallet”də qeydiyyatdan keçmiş sayılır.
- “iPad”də: “Express24” mobil tətbiqinə daxil olub, “Apple Wallet”a əlavə etmək istədiyiniz kartı seçib, müvafiq düyməyə klik edirsiniz.
Menyuda göstərilən seçimlər hissəsində “iPad” düyməsini klik edirsiniz. Seçdiyiniz kartı “Apple Wallet”a əlavə etdiyinizdə Sizə birdəfəlik gələn OTP şifrəsini yazırsınız. Bununla da kartınız “Apple Wallet”də qeydiyyatdan keçmiş sayılır.
Qeyd: “iCloud”, “Apple”ın internet xidmətidir. “İcloud”a daxil olmaq üçün cihazınızdakı ayarlar tətbiqinə keçid etməli və “Apple ID”ni daxil etməlisiniz. Təhlükəsizlik və məxfilik “Apple Pay” ilə ödəniş edərkən əsl nömrənin yerinə virtual kart nömrəsi istifadə olunur və kart nömrəsinin özü nə cihazda, nə də “Apple” serverlərində saxlanılmır.
“Apple Pay” ilə ödənişi necə etmək lazımdır?
“Apple Pay”-dən istifadə fiziki kartdan istifadə etməkdən daha asan və təhlükəsizdir. “Expressbank”-dan olan “VISA” və “MasterCard” ödəniş kartlarınızı “Wallet” funksiyasında qeydiyyatdan keçirib, “Apple Pay” ilə POS-terminallarda, ödəniş proqramlarında, vebsaytlarda, ictimai nəqliyyatda və s. təhlükəsiz ödənişlər edə bilərsiniz.
“iPhone” ilə ödəniş üçün:
- Əgər “iPhone” da “Face ID” varsa, yan düyməni iki dəfə klikləyin. Əgər “iPhone” da “Touch ID” varsa, “Əsas səhifə” düyməsini iki dəfə klikləyin;
- “Apple Wallet” ilə “Face ID”ni açmaq üçün onu təsdiq edin və ya parolunuzu daxil edin;
- Fərqli kartdan istifadə etmək və digər kartlarınızı da görmək üçün defolt kartınıza toxunun. Yeni karta toxunun və təsdiq edin;
- “iPhone”nun oxuyucu hissəsini ekranda “bitdi” işarəsi görünənə qədər kontaktsız oxuyucunun yanında saxlayın;
“Apple Watch” ilə ödəniş üçün:
- Yan düyməni iki dəfə basın;
- Defolt kartınız avtomatik olaraq açılanda başqa kart seçmək üçün aşağı sürüşdürün;
- Zərif bir toxunma və siqnal səsi eşidənə qədər “Apple Watch”un displeyini kontaktsız oxuyucunun yanında saxlayın;
Apple Pay haqqında daha ətraflı məlumatı bu linkdən əldə edə bilərsiniz. https://www.apple.com/apple-pay/