Bizi tanıyın

İlk kommersiya bankı olan “Expressbank” ASC 21 iyun 1989-cu il tarixində təsis olunmuş və uzun müddət “Azərnəqliyyatbank” adı altında fəaliyyət göstərmişdir. Bankımız öz fəaliyyətini Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 30 dekabr 1992–ci il tarixində verilmiş lisenziya əsasında həyata keçirir. Bankımızın Səhmdarlarının Ümumi Yığıncağının 01 fevral 2010-cu il tarixli qərarı ilə “Azərnəqliyyatbank” ASC-nin adı dəyişdirilərək “Expressbank” ASC adlandırılmışdır. Nizamnaməyə müvafiq dəyişiklik 04 mart 2010-cu il tarixində dövlət qeydiyyatına alınmışdır.

Bu gün Expressbank 800 nəfərdən çox ixtisaslı əməkdaşlardan ibarət bir komandadır və hər bir əməkdaşın peşəkar inkişafı prioritet mövqelərimizdəndir.

Expressbank olaraq qabaqcıl təcrübə və yenilikləri tətbiq etməklə, müştərilərə geniş çeşiddə xidmətləri rahat üsullarla təqdim edir və müştəri məmnuniyyətini əsas tuturuq.

Biz korporativ sosial məsuliyyət fəaliyyətləri çərçivəsində olan layihələrə böyük önəm verir, mütəmadi olaraq müxtəlif sosial tədbirlər həyata keçirir, şəhid ailələri, qocalar evi və uşaq evlərinə mütəmadi ziyarətlər təşkil edirik.

Bankımız "Mastercard International" və "Visa International" beynəlxalq ödəniş sistemlərinin, həmçinin "SWIFT" beynəlxalq banklararası ödəniş sisteminin üzvüdür. Mütəmadi olaraq dünyanın tanınmış maliyyə institutları, bankları və fondları ilə hərtərəfli əməkdaşlıq əlaqələrini genişləndiririk.  

 

18 sentyabr 2025-ci il tarixində beynəlxalq reytinq agentliyi “Fitch Ratings” "Expressbank” ASC-nin uzunmüddətli reytinqini “B+” səviyyəsində “Sabit” proqnozla təsdiqləyib. Reytinqi şərtləndirən əsas amillərə Expressbankın sağlam maliyyə göstəriciləri, aktivlərinin keyfiyyəti və yüksək kapitalı, eləcə də, Bankın məhdud qiymət təsiri və cəlbetmə xərclərinin yüksək olması təsir göstərir.

 

Strateji Baxış

 

Qabaqcıl təcrübə və yenilikləri tətbiq etməklə, müştərilərə geniş çeşiddə xidmətləri rahat üsullarla təqdim edən və müştəri məmnuniyyətini əsas tutan bir marka kimi yaddaşlarda qalmaq niyyətindəyik.

 

  • 04.12.2010-cu il tarixində  Expressbank “Business Time” jurnalının təsis etdiyi “Azeri Business Award” tərəfindən Biznes sahəsində 2010-cu ilin "Uğurlu rebrendinq" nominasiyasının qalibi olaraq milli mükafatla təltif olunmuşdur.
  • 25.05.2017-ci il tarixində Expressbank “MasterCard Platinum, Black Edition və World Elite kartlarının say miqdarını ən çox artıran bank” nominasiyasında qalib olmuşdur.
  • 25.05.2017-ci il tarixində Expressbank “Gold və Standard kartlarının say miqdarını ən çox artıran bank” nominasiyasında 2-ci yerdə qərarlaşmışdır.
  • 21.12.2018-ci il tarixində Expressbank “Zolotaya Korona” təcili pul köçürmələri sistemi ilə birlikdə həyata keçən layihəyə görə “İnnovativ ödəniş həlləri tətbiq edən ABA üzvü” nominasiyası üzrə qalib olmuşdur.
  • 21.12.2018-ci il tarixində Expressbank Azərbaycan Banklar Assosiasiyası tərəfindən “Korporativ Sosial Məsuliyyət” nominasiyası üzrə mükafatlandırılmışdır.
  • 28.02.2019-cu il tarixində Expressbank Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası tərəfindən 2018-ci il üçün nağdsız ödənişlərin inkişaf etdirilməsi, innovativ ödənişlərin tətbiqi, elektron bankçılığın və elektron ticarətin genişləndirilməsi istiqamətində plastik kartlarla POS-terminal vasitəsilə aparılan ölkədaxili təmassız ödənişlərin ümumi sayına görə "Təmassız ödəniş kartları üzrə lider bank" nominasiyası üzrə birinci yerə layiq görülmüşdür. "Təmassız POS-terminal infrastrukturu üzrə lider bank" nominasiyasında ikinci yerin sahibi, "Elektron Ticarətin İnkişafında Lider Bank" nominasiyasında isə üçüncü yerin sahibi olmuşdur.
  • 2019-cu il üzrə - Expressbank Azərbaycan Banklar Assosiasiyası tərəfindən “Korporativ Sosial Məsuliyyət”, “Ən fəal maliyyə savadlığı dəstəkçisi” nominasiyaları üzrə mükafatlandırılıb.
  • 07.04.2020-ci il tarixində Expressbank, Mərkəzi Bank tərəfindən 2019-cu il ərzində POS-terminal vasitəsilə plastik kartlarla aparılan ölkədaxili təmassız ödənişlərin ümumi sayına görə “Təmassız ödənişlər üzrə lider bank” nominasiyası üzrə qalib elan olunmuşdur.  
  • 2020-ci il üzrə - Expressbank Azərbaycan Banklar Assosiasiyası tərəfindən “Korporativ Sosial Məsuliyyət”, “Ən fəal təhsil dəstəkçisi”, “Nağdsız ödənişlərin təşviqi” nominasiyaları üzrə mükafatlandırılıb.
  • Azərbaycan Banklar Assosiasiyasının 22-23 yanvar 2022-ci il tarixlərində Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə ekspert qrupu üzvlərinin tədbirində Expressbank dünyanın rəqəmsal ödənişlər üzrə dünya lideri olan Visa şirkəti tərəfindən “Visa B2B Connect” rəqəmsal ödəmə platformasının uğurlu tətbiqinə görə mükafata layiq görülüb.
  • 2022-ci ilin May ayında “Fitch Ratings” agentliyi “Expressbank”ın fəaliyyətinə yüksək qiymət verərək Bankın reytinqini “B” səviyyəli “stabil” proqnozu ilə təsdiqləyib.
  • 2022-ci ilin İyun ayında Expressbank “Fintex Finance və Technology Summit 2022” tədbirində “Expressbank” uğurlu əməkdaşlığına və dəstəyinə görə nominasiya ilə təltif edilmişdir.
  • 2022-ci ilin avqust ayında Expressbank “Apple Pay” ödəniş sisteminə qoşulmuşdur. 
  • 2022-ci ilin Noyabr ayında Expressbank  “Google Pay™” ödəniş sisteminə qoşulmuşdur. 
  • 2023-cü ilin May ayında  Expressbank Premium Visa kart sifarişlərində artım edərək Visa Beynəlxalq Ödəniş Sistemi tərəfindən mükafata layiq görülüb.
  • 2025-ci ilin Aprel ayında  Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən keçirilən ənənəvi tədbirdə mükafatlandırılmış, belə ki, fəaliyyət göstərdiyimz sosial və strateji istiqamətlər üzrə 4 fərqli nominasiyada təltif olunmuşdur.
  • Expressbank və Expresspay “Fintex Summit Baku 2025 – Maliyyə və Texnologiyalar Sərgisi” çərçivəsində maliyyə sektorunun inkişafına töhfə verən aparıcı tərəfdaşlar qismində iştirak edib. Tədbirdə göstərilən fəallıq və dəstəyə görə Expressbank və Expresspay Azərbaycan Banklar Assosiasiyası tərəfindən “Tərəfdaş” mükafatına layiq görülüb.

  • 2025-ci ilin 18 sentyabr tarixində beynəlxalq reytinq agentliyi “Fitch Ratings” "Expressbank" ASC -nin uzunmüddətli reytinqini “B+” səviyyəsində “Sabit” proqnozla təsdiqləyib. Reytingi şərtləndirən əsas amillərə Expressbankın sağlam maliyyə göstəriciləri, aktivlərinin keyfiyyəti və yüksək kapitalı, eləcə də, Bankın məhdud qiymət təsiri və cəlbetmə xərclərinin yüksək olması təsir göstərir.
  • Expressbank Azərbaycan Banklar Assosiasiyası tərəfindən təşkil olunan “Bankçılıq Mükafatları – 2025” çərçivəsində 4 nominasiya üzrə mükafata layiq görülüb: “Korporativ sosial məsuliyyət”; “Maliyyə savadlılığı dəstəkçisi”; “Təhsil dəstəkçisi”; “Dayanıqlı bankçılıq” üzrə layihələr (ESG).
  • 2026-cı ilin may ayında Expressbank Visa tərəfindən müxtəlif istiqamətlər üzrə fəaliyyətinə və töhfələrinə görə üç nüfuzlu mükafata layiq görülüb: “For your Contribution to Digital Azerbaijan” – “Rəqəmsal Azərbaycan naminə” həyata keçirilən fəaliyyətlərə töhfəyə görə; “Secure E-Commerce Innovation” – “Click to Pay” layihəsinin uğurla tamamlanmasına görə; “Contribution to the Development of Cashless Payments” – nağdsız ödənişlər cəmiyyətinin inkişafına verdiyi töhfəyə görə əməkdaşımız Aytən Həsənovaya təqdim olunub.
  • 2026-cı ilin iyun ayında Expressbank Ümumdünya Qan Donoru Günü münasibətilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Respublika Qan Bankı tərəfindən könüllü qanvermə aksiyalarında göstərdiyi fəal iştirak və dəstəyə görə təltif olunub.
  • Beynəlxalq reytinq agentliyi "Fitch Ratings" 5 avqust 2026-cı il tarixində Expressbankın uzunmüddətli emitent defolt reytinqini (Long-Term Issuer Default Rating – IDR) "B+", proqnozunu isə "Sabit" (Stable Outlook) səviyyəsində təsdiqləyib. Eyni zamanda, Bankın dayanıqlılıq reytinqi (Viability Rating – VR) "b+" səviyyəsində saxlanılıb.
     

Bankımız müştərilərə məhsul və xidmətlərini daha rahat üsullarla təqdim etməklə, onların son məqsədinin və istəklərinin reallaşdırılmasında əsas iştirakçıya çevrilməyi hədəfləyib. Bu isə maliyyə xidmətlərinin əldə edilməsində bankın yalnız vasitəçi qismində deyil, müştərilərin son ehtiyaclarının təmin edilməsində onların həyatının mühüm bir hissəsinə aid olması deməkdir. Beləliklə, əsas prinsipimiz müştərilərimizin hər zaman yanında və hafizəsində özünəməxsus yer tutmaqla onlar üçün dəyər yaratmaq və bununla dəyər qazanmaqdır.

 

Əsas iş prinsiplərimiz

 

  • Keyfiyyətli xidmətin ən əsas meyar olması ilə rəqabət üstünlüyünün təmin edilməsi;
  • Etibarlılıq və dayanıqlılığın saxlanılması ilə uzunmüddətli inkişafın təmin edilməsi;
  • Komanda üzvlərinin şəxsi inkişafının və aktiv iştirakının təmin edilməsi ilə ümumi inkişafın əldə edilməsi.


Dəyərlərimiz

 

Komanda üzvlərimizin gündəlik fəaliyyətində özünü göstərən və müştərilərimizlə münasibətlərimizə də əks olunan əsas dəyərlərimiz aşağıdakılardır:

 


Şəffaflıq

 

  • Şəffaf münasibətlər etibarlılığın, əməkdaşlığın qurulmasında vacib və ilkin şərt hesab olunur. Bank və müştərilər, həmçinin komanda üzvləri arasında şəffaf münasibətlərin qurulması bir-biri ilə sıx bağlıdır. Bildiyimiz kimi,  keyfiyyətli münasibətlərin ilkin şərti açıqlıq və aydınlıqdır. İstər müştərilər, istərsə də əməkdaşlar arasında informasiyanın əldə edilməsində və mübadiləsində daimiliyin və açıqlığın təmin edilməsi zəruridir. Bu amil korporativ mühitdə iştirakçılar arasında kommunikasiyanın güclənməsinə, müştərilərlə isə daha sıx və uzunmüddətli münasibətlərin qurulmasına gətirib çıxarır.

 

Məsuliyyətlilik

 

  • İstər müştərilər, istərsə də səhmdarlar qarşısında daşıdığımız məsuliyyət komandanın hər bir üzvünü daimi olaraq müşayiət etməlidir. Bunun üçün hər bir iştirakçı üçün fərdi öhdəliklər aydın olmalı və onlar tərəfindən mənimsənilməlidir. Beləliklə, hər bir əməkdaş öz üzərinə düşəni keyfiyyətli şəkildə icra etməkdə cavabdehlik hiss etməklə ümumi keyfiyyətli nəticənin əldə edilməsində aktiv iştirakçıya çevrilməlidir. 

 

Əməkdaşlıq 

 

  • Uzunmüddətli əməkdaşlıq qarşılıqlı inam və məsuliyyət üzərində qurulur. Biz müştərilərimizlə etibarlı tərəfdaşlıq əlaqələri yaratmaq üçün komandamızın daimi inkişafını təmin edir, ortaq hədəflərə birgə səylə, qarşılıqlı anlaşma və dəstəklə nail oluruq.

 

 

Effektivlik 

 

  • Effektivlik - eyni resurslarla daha çox nəticə əldə etmək deməkdir və əvvəlki prinsiplərin təbii nəticəsidir. Komandamızın bütün üzvlərini və resurslarını vahid hədəflər ətrafında səfərbər edərək mövcud imkanlardan tam yararlanır, bununla da həm fərdi, həm də kollektiv inkişafı təmin edirik.