Pul vəsaitlərinin bir kartdan digər karta köçürülməsi xidmətidir. Xidmət yalnız yerli bankların kartları üçün nəzərdə tutulub. Xidmətdən istifadə etmək üçün müştəri köçürüləcək kartın nömrəsini və kartın istifadə müddətini bilməlidir. Köçürmə 3 valyutada həyata keçirilir – AZN, ABŞ dolları və AVRO.
Xidmətin üstünlükləri:
Sərfəli tariflər.
Köçürmənin Expressbank-ın istənilən bankomatı vasitəsilə köçürülməsi.
Köçürmənin sutkada 24 saat, həftədə 7 gün mümkünlüyü.
Növbəsiz və heç bir sənədin doldurulmasına ehtiyac yoxdur.
Kart sahibinin kart nömrəsini və kartının istifadə müddətini bilmək kifayətdir.
Pulu bir kartdan digər karta necə köçürmək olar?
Bu çox asandır! Kartınızı bankomata daxil edin, menyuda "Pul koçürmələri”ni seçin, vəsaiti alanın kart nömrəsini və köçürmənin məbləğini qeyd edin və pulu köçürün.