FAQ

  • Müştəri İD nömrəsini necə əldə etmək olar?

      Müştəri İD kodunuzu əldə etmək üçün Bank sistemində qeydiyyatda olan mobil nömrənizdən mesaj vasitəsi ilə “ID” yazaraq 8132 nömrəsinə göndərməyiniz kifayətdir.

  • 3D Secure parolun necə əldə etmək olar?

      OTP kod onlayn əməliyyat zamanı kartınız üzrə 3D təhlükəsizlik xidmətinə qoşulu olan nömrəyə avtomatik olaraq göndərilir. SMS-in çatması ilə bağlı çətinlik yaranarsa nömrənizin iki tərəfli aktiv olmasını yoxlamağınız tövsiyə olunur.

  • SMS bildiriş üçün yeni nömrə necə təyin etmək olar?

      SMS bildiriş xidməti üzrə Bankda qeydiyyatda saxladığınız nömrəni Expressbankın bankomatlarından istifadə edərək, Məlumat Mərkəzinə və ya filiallarına müraciət edərək dəyişə bilərsiniz.

  • Sizin bankda unudulmuş pin kodun bərpası mümkündürmü?

      PİN kodun bərpa edilməsi yeni kartlarda mümkündür. PİN kodun bərpası üçün şəxsiyyət vəsiqənizlə filiallarımıza müraciət edə bilərsiniz. Əməliyyat üzrə xidmət haqqı 2 AZN təşkil edir. Kartınız xidməti dəstəkləmədiyi halda yeni kart sifarişi icra edə bilərsiniz.

  • Kart itirildiyi zaman nə etmək lazımdır?

      Plastik kartınız itirildiyi halda təhlükəsizlik məqsədi ilə Express24 mobil tədbiqindən istifadə edərək və ya Expressbankın 132 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq kartınızı bloklaşdırmağınız tövsiyyə olunur. Daha sonra Siz eyni hesaba bağlı olan və ya yeni hesaba bağlı kart sifariş edə bilərsiniz. Eyni hesaba bağlı kart sifarişləri üçün şəxsiyyət vəsiqənizlə filiallarımıza müraciət edə bilərsiniz. Yeni hesaba bağlı kart sifarişi etmək üçün Express24 mobil tədbiqi və ya Expressbankın saytına daxil ola bilərsiniz.