Komitələr



Komitənin sədri:
Rüfət Nağıyev

Komitə üzvləri: 
Esmira Məmmədova, Əfqan Cavadov



Audit komitəsinin vəzifələrinə aşağıdakılar daxildir:



  • Daxili audit departamenti haqqında əsasnaməyə baxır və müvafiq rəylə birgə Müşahidə Şurasının təsdiqinə təqdim edir

  • Daxili audit departamentinin direktorunu və auditorlarını komitənin təqdimatı əsasında onların vəzifəyə təyin və vəzifədən azad olunması barədə Müşahidə Şurasına təqdimat verir

  • Komitə Daxili audit departamentinin saxlanması xərcləri və daxili auditorların mükafatlandırılması barədə Müşahidə Şurasına təkliflər verir

  • Bankın fəaliyyətinin yoxlanılması üzrə Daxili audit departamenti tərəfindən tərtib edilmiş risk əsaslı illik audit planını təsdiq edir

  • Daxili audit departamentinin hesabatlarını təsdiq edir, nəzarət sisteminin təkmilləşdirilməsinə dair tövsiyələr verir

  • Daxili nəzarət sisteminin yaradılması və tətbiqinə, daxili nəzarətin və risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsinə dair Müşahidə Şurasına təkliflər verir

  • Kənar və daxili auditorların daxili nəzarət sisteminə dair verdikləri tövsiyələrin yerinə yetirilməsinin vəziyyəti barədə məlumat əldə edir

  • Maliyyə risklərinin yüksək olduğu sahələri müəyyənləşdirir və bankın İdarə Heyəti tərəfindən onların səmərəli idarə edilməsinə əminlik əldə edir


 



 


Komitənin sədri:
Əfqan Cavadov


Komitə üzvləri: 
Mehman Məmmədov, Teymur Ağakişiyev, Rüfət Mürşüdlü, Süleyman Xəlilov, Samirə Qəhrəmanova, Aysel Xəlilova, Rüfət Nağıyev (səsvermə hüququ olmayan üzv), Saleh Məmmədli (səsvermə hüququ olmayan üzv)



Riskləri idarəetmə komitəsinin vəzifələrinə aşağıdakılar daxildir:


 



  • Risklərin idarə edilməsi prosesinin hər bir mərhələsinə dair minimum tələbləri müəyyən edir

  • Mütəmadi olaraq Bankın məruz qaldığı risklərin vəziyyəti, risklərin idarə edilməsi sisteminin adekvatlığı və risklərin idarə edilməsi prosesinin effektivliyi barədə Müşahidə Şurasına hesabat verir

  • Risklərin idarə edilməsi departamentinə göstərişlər verir və ondan dövrü hesabatları tələb edir

  • Riskərin idarə edilməsi departamenti tərəfindən müəyyən edilmiş risklər üzrə limitlərə baxır və təsdiq olunmaq üçün Müşahidə Şurasına təqdim edir

  • Riskərin idarə edilməsi departamentinin işini qiymətləndirir və nəticələr barədə Müşahidə Şurası və İdarə Heyətini məumatlandırır


 


 



 


Komitənin sədri:
Anar Hacızadə

Komitə üzvləri: 
Mehman Məmmədov, Əhəd Əliyev, Fuad Muradəliyev, Ləman İmanova, Saleh Məmmədli (səsvermə hüququ olmayan üzv)


 


Mükafatlandırma komitəsinin vəzifələrinə aşağıdakılar daxildir:



Bankın uzunmüddətli fəaliyyət nəticələrinə əsaslanan və starteji hədəflərə nail olmasına yönəldilmiş və aşağıdakı vəzifələri əhatə edən mükafatlandırma siyasətini müəyyənləşdirir və təsdiq edilməsi üçün Müşahidə Şurasına təqdim edir:


 



  • İdarə Heyətinin üzvlərinə - Bankın ümumi fəaliyyətinin nəticələrinə görə

  • Struktur bölmələrin rəhbərlərinə və digər işçilərə - onların gəlir gətirilməsinə yönəlmiş risk əsaslı fəaliyyətlərinin nəticələrinə görə

  • Risklərin idarə edilməsi və nəzarət funksiyasını həyata keçirən struktur bölmələrin rəhbərləri və işçilərinə - nəzarətin həyata keçirilməsinin effektivliyinə görə

  • Bankın Müşaidə Şurasının və İdarə Heyətinin təsdiq etdiyi hər bir struktur bölmə üzrə əməliyyat planlarında əks olunmuş hədəflərin həyata keçirilməsini qiymətləndirir

  • Mükafatlandırma siyasətinin Bankın mənafeyinə zidd olmamasının təmin edilməsi və Bank tərəfindən üzərinə uzunmüddətli risklərin götürülməsi hesabına qısamüddətli perspektivdə gəlir əldə edilməsinə yol vermir

  • Mükafatlandırma siyasətinin tətbiqi ilə bağlı daxili prosedurları hazırlayır və bu prosedurların bankın risklərin idarə edilməsi qaydalarına uyğunluğunu təmin edir

  • Mükafatlandırma prorsesinə nəzarətin həyata keçirilməsi, o cümlədən ən azı ildə bir dəfə riskləri idarəetmə komitəsi ilə birgə mükafatlandırma sisteminin səmərəliliyini qiymətləndirir

  • Struktur bölmələr arasında mükafatların şəffaf bölünməsinə nəzarət edir

  • Mükafatların həcmi haqqında Müşahidə Şurasına təkliflər verilir


 


Mükafatlandırma siyasəti 


 



 


Komitənin sədri:
Mehman Məmmədov


Komitə üzvləri: 
Teymur Ağakişiyev, Rüfət Mürşüdlü, Fuad Muradəliyev, Samirə Qəhrəmanova, Saleh Məmmədli (səsvermə hüququ olmayan üzv)



Aktiv və passivlərin idarə edilməsi komitəsinin vəzifələrinə aşağıdakılar daxildir: 


 



  • Cari likvidliyi və bankın strateji planında əks olunmuş hədəfləri (bu hədəflərin icra birinciliyini nəzərə alaraq) həyata keçirilməsini təmin etmək üçün aktiv, passiv və kapitalın səmərəli formada idarə olunmasını təmin edir;

  • Bankın maliyyə vəsaitlərinin idarə edilməsi istiqamətlərinin və hədəflərinin müəyyən edilməsini, faiz və büdcə siyasətini, bazarın konyukturasını, kapitalın adekvatlığını nəzərə alaraq qiymətləndirilməsini təmin edir;

  • Bankın aktiv və passivlərin idarə edilməsi siyasətinin təlimat və qaydaların tərtibinə, olnlara əlavələr və dəyişikliklər edilməsinə dair rəy verir;

  • Bazar şəraitinin və ya bankın strateji hədəflərinin dəyişilməsini, yerli və ya beynəlxalq maliyyə nəzarət orqanları tərəfindən qoyulan tələbləri nəzərə alaraq likvidlik riskini müntəzəm olaraq təhlil edir və ehtiyac yaranarsa, müvafiq tədbirlər planını hazırlayır;

  • Bankın ümumi balansının kapital həcmi, depozit bazası, aktivlərin və balansdankənar öhdəliklərin keyfiyyətini və faiz siyasətini müntəzəm olaraq təhlil edir;

  • Bank bazarında olan kredit və depozit faizlərini təhlil edir, faiz dərəcələrinin cari iqtisadi vəziyyətə uyğun olaraq dəyişdirilməsi üzrə təkliflər verir;

  • Bankın vəsaitlərin likvid aktivlərə yerləşdirilməsi üzrə və müəyyən edilmiş faiz siyasəti çərçivəsində vəsait cəlb edilməsi barəsində İdarə Heyətinə və Müşahidə Şurasına rəy və təkliflər verir;

  • Bankın yeni məhsullarını nəzərdən keçirir, İdarə Heyətinə və Müşahidə Şurasına öz rəyini verir;

  • Bankın iqtisadi normativ göstəricilərinin adekvatlığına nəzarət edir;

  • Bankda likvidlik böhranı baş verdiyi zaman rəhbərlik tərəfindən hazırlanmış tədbirlər planının icrasına nəzarət edir;

  • Bankın aktiv və passiv əməliyyatlar, nostro hesablarda olan qalıqlar, filial və şöbələrin kassalarında saxlanılan nağd vəsaitlər, ATM-lərdə saxlanılan nağd vəsaitlər, maliyyə və digər institutlardan resursların cəlb edilməsi, aktiv və öhdəliklərin ödəniş müddətlərində fərq üzrə limitlərini təyin edir;

  • Aktiv və passivlərin idarə edilməsinin əhatə etdiyi müxtəlif sahələrin fəaliyyətini təhlil edərək qiymətləndirir;

  • Bankın kapitallaşması (əlavə kapitalın və subordinasiya öhdəliklərinin cəlb edilməsi və yeni səhmlərin buraxılması) barədə Səhmdarların Ümumi Yığıncağına təkliflər verir.


 




 


Komitənin sədri:
Mehman Məmmədov

Komitə üzvləri: 
Teymur Ağakişiyev, Rüfət Mürşüdlü, Süleyman Xəlilov, Emil Fərzəliyev, Samirə Qəhrəmanova, Fuad Muradəliyev, Əhəd Əliyev (səsvermə hüququ olmayan üzv), Saleh Məmmədli (səsvermə hüququ olmayan üzv)


 
İnformasiya texnologiyaları komitəsinin vəzifələrinə aşağıdakılar daxildir:


 



  • Bankın İnformasiya texnologiyaları departamentinin işinə nəzarət edir

  • Bankın idarəetmə sistemlərinə və informasiya texnologiyalarında hesablama sistemlərinə və proseslərə nəzarəti təşkil edir

  • İnformasiya texnologiyalarından istifadə risklərini minimuma endirir

  • Mühasibat uçotu və menecment informasiya sisteminin məlumatları üzrə adekvat ehtiyat nüsxələrinin yaradılması üçün “Fövqəladə hallar üzrə tədbirlər planının” işlənib hazırlanmasını təmin edir

  • İnformasiya texnologiyaları üzrə prosedurların hazırlanmasını təmin edir

  • İT layihələrinin yaradılmasında müşahidəçi və məsləhətçi kimi fəaliyyət göstərir

  • İT-nin istifadəsi və həyata keçirilməsi üçün İT planlarının hazırlanmasına, əhəmiyyət kəsb edən cəhətlərin bankın ümumi strategiyasına əsasən müəyyənləşdirilir

  • İT-yə aid olan kapital xərclərinə dair təkliflərini İdarə Heyəti ilə razılaşdıraraq qərar qəbul edilməsi üçün Müşahidə Şurasına verir

  • Bankın büdcəsi təsdiq edildikdən sonra İT üzrə büdcənin icrasına nəzarət edir

  • Proqram təminatı və avadanlıqların əldə olunmasının əsaslandırılması, proqram təminatı və avadanlıqların satınalınması üzrə tender prosesinə nəzarət edir

  • İT planlarındakı irəliləyişləri və dəyişiklikləri izləyir

  • Bank işçiləri arasında yüksək səviyyəli texnoloji səriştənin və standartların mövcud olmasını təmin etmək məqsədilə İT üzrə təlim məsələlərinə nəzarət edir

  • İT sahəsində tədqiqat və inkişaf işlərini dəstəkləyir

  • Məlumatlara daxil olma hüququ, vəzifələrin bölüşdürülməsi,  proqramçılara və İT üzrə əməliyyatlar aparan işçi heyətinə nəzarət, parol iyerarxiyası, İT avadanlıqlarının təhlükəsizliyi, verilənlərin təhlükəsizliyi, ehtiyat surətlərinin yaradılması, elektron arxivlərin aparılması üzrə təhlükəsizliyə nəzarət edir

  • İT prosedurları, lokal şəbəkənin idarə edilməsi, qlobal şəbəkə, sənədlərin qrafiki təqdimatı, internet, idarəetmə işlərinin avtomatlaşdırılması, müştəri­bank qarşılıqlı əlaqəsi, texnoloji standartlar və dəstəkləmə səviyyəsi, təhlükəsizlik, texnoloji tədqiqat və hazırlıq üzrə inzibati texniki məsələlərə nəzarət edir

  • İT ilə əlaqədar fövqəladə hallardan çıxış yollarını planlaşdırır


 


 



 


Qrupun sədri:
Mehman Məmmədov


 


Qrupun üzvləri:
Rüfət Mürşüdlü, Teymur Ağakişiyev, Orxan Səmədov, Samirə Qəhrəmanova, Fuad Muradəliyev, Tural Seyid, Süleyman Xəlilov, Ləman İmanova, Əhəd Əliyev (səsverrmə hüququ olmayan üzv), Saleh Məmmədli (səsverrmə hüququ olmayan üzv)


 


Strateji Planlaşdırma Qrupunun funksiyalarına aşağıdakılar daxildir:


 



  • Bankın cari rəqabətlilik mövqeyinin müəyyənləşdirilməsi

  • Bankın fəaliyyət göstərdiyi bazarın inkişafında əsas meyilləri və bunun müqabilində bank üçün potensial imkanları və təhlükələri araşdırır.

  • Rəqib bankların strateji məqsədləri və əməliyyat tədbirləri barəsində ümumi məlumat əldə edir. (həm kredit, həm də depozit istiqamətlərində)

  • İttifaqlar, birləşmələr və ya qoşulmalar üzrə potensial namizədləri, investisiya sahələrini və digər bankların alınması üçün hədəfləri müəyyən edir və qiymətləndirir.

  • Bank üçün strateji məqsədlərin müəyyən edilməsinə imkan yaradan yerli maliyyə bazarlarının əsas xüsusiyyətləri haqqında aydın və müqayisə edilə bilən məlumatları əldə edir.


 


 



Komitənin sədri:
Mehman Məmmədov


Komitə üzvləri: 
Saleh Məmmədli, Orxan Səmədov, Fuad Muradəliyev, Samirə Qəhrəmanova


 


 



 


Komitənin sədri:


Biznes məhsul olduqda Orxan Səmədov


Pərakəndə məhsul olduqda Tural Seyid



Komitə üzvləri: 
Fuad Muradəliyev, Fədail Məmmədov




 


Kiçik orta biznes (KOB) və Korporativ kredit sifarişləri üzrə DKK


Komitənin sədri: Biznes bankçılıq departamentinin direktoru və ya həmin departamentin direktorunun müavini. Qeyd edilənlərdən heç biri olmadığı halda onların hər hansı birinin vəzifələrini icra edən.


Komitə üzvləri: Biznes satışın təşkili şöbəsinin müdiri və ya həmin şöbənin müdirinin vəzifələrini icra edən şəxs, digər üzv kimi Sifarişlərin təhlili və strukturlaşdırılması şöbəsinin müdiri və ya həmin şöbənin müdirinin vəzifələrini icra edən şəxs


 


Mikro kredit sifarişləri üzrə DKK


Komitənin sədri: Biznes bankçılıq departamenti direktorunun müavini və ya Mikro kreditlər şöbəsinin müdiri. Qeyd edilənlərdən heç biri olmadığı halda onların hər hansı birinin vəzifələrini icra edən.


Komitənin üzvü: Filial müdiri və ya filial müdirinin vəzifələrini icra edən.


 


 



 


Kiçik orta biznes (KOB) və Korporativ kredit sifarişləri üzrə FKK


Komitənin sədri: Filial müdiri və ya filial müdirinin vəzifələrini icra edən


Komitə üzvləri:


Filial Kredit Komitələrinin qərarvermə səlahiyyətləri üzrə müəyyən edilmiş limitlərə uyğun olaraq  Sifarişlərin təhlili və strukturlaşdırılması şöbəsinin işçisi


Filial Kredit Komitələrinin qərarvermə səlahiyyətləri üzrə müəyyən edilmiş limitlərə uyğun olaraq Biznes satışın təşkili şöbəsinin işçisi


 


Mikro kredit sifarişləri üzrə FKK


Komitənin sədri: Filial müdiri və ya filial müdirinin vəzifələrini icra edən


Komitənin üzvü: Mikro kredit üzrə qrup rəhbəri və ya qrup rəhbərinin vəzifələrini icra edən



KREDİT KOMİTƏLƏRİ AŞAĞIDAKI PRİNSİPLƏR ƏSASINDA FƏALİYYƏT GÖSTƏRİR:


 



  • Müstəqillik - məsələnin mahiyyətindən asılı olmayaraq Komitə üzvləri qərar verməkdə tam müstəqildir və onların qərarlarına kənar təsirlərə qəti yol verilmir.

  • Peşəkarlıq - Komitənin üzvləri kredit əməliyyatları və bu əməliyyatlarla bağlı risklər üzrə ətraflı biliyə malikdirlər və yalnız təqdim edilmiş məlumatlar əsasında qərar verirlər.

  • Kollegiallıq - Komitədə qərarlar komitənin bütün üzvlərinin arasında açıq və aydın müzakirələr nəticəsində qəbul edilməlidir.


 


MÜŞAHİDƏ ŞURASININ TƏSDİQ ETDİYİ SƏLAHİYYƏTLƏRİ ÇƏRÇİVƏSİNDƏ KREDİT KOMİTƏSİNİN VƏZİFƏLƏRİNƏ AŞAGIDAKILAR DAXİLDİR:


 



  • Kreditlərin verilməsi və kredit öhdəliklərinin götürülməsi, habelə onların şərtlərinin dəyişdirilməsi və restrukturizasiyasını dair qərar qəbul etmək

  • Kreditlərin və kredit öhdəliklərinin faiz dərəсələrini müəyyən etmək

  • Vaxtaşırı olaraq, kredit portfelinin növbədənkənar monitorinqi təşəbbüsünü irəli sürmək

  • Kreditlərin verilməsi üzrə səlahiyyətlərə və qayda/prosedurlara riayət edilməsini təmin etmək;

  • Gecikdirilən kreditlərin qaytarılması üçün aparılan tədbirlərə dair müvafiq qərar qəbul etmək;

  • Hər bir komitə üzvü bankın mənafeyinə uyğun olmayan və ya uzun müddətli risklər hesabına, qısa müddətli gəlir əldə etmək naminə qərar verməkdən çəkinməlidir;

  • Müşahidə Şurası tərəfindən müəyyən edilmiş digər vəzifələri icra edir.