Ümumi təhlükəsizlik
Bank kartını Bankdan qəbul edən zaman mütləq kartın arxa tərəfində imza panelində imza etmək lazımdır.
ŞEN (Şəxsi Eyniləşdirmə Nömrəsi) xüsusi unikal dörd rəqəmli şifrə olmaqla elekton ödəniş terminallarına kart vasitəsi ilə əməliyyatın keçməsini təmin edir. Heç kim heç bir halda Sizdən bu kodu tələb etmək hüququna malik deyil.
ŞEN-kod zərfdən başqa heç bir yerdə qeydə alınmır və kart sahibi Bankdan ŞEN zərfi aldıqdan sonra ŞEN-koda görə məsuliyyəti şəxsən daşıyır.
ŞEN-kodu heç bir halda kartla bir yerdə saxlamayın və ya kartın üzərində qeyd etməyin. ŞEN-kodu yadda saxlayın və ya heç kimin əldə edə bilməyəcəyi bir yerdə saxlayın.
Bankda və ya ticarət müəssisələrindəki kassirlər istisna olmaqla heç bir halda kənar şəxslərə kartı etibar etməyin. Əgər kartla əməliyyat edilirsə, bu halda qəti şəkildə kartı diqqətdən kənar buraxmayın.
Bank kartının maqnit xəttini zədələnmədən qoruyun. Heç bir halda güclü elektro-maqnit təsirə malik olan cihazlarla kartı bir tutmayın.
Sizin VISA Chip kartınızdan CEMEA (Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika) regionunun hüdudlarından kənarda yerləşən ölkələrdə, Visa Canada və Visa Europe, habelə MasterCard Chip kartınızdan Avropanın və Kanadanın hüdudlarından kənarda yerləşən ölkələrdə, Latın Amerikasında (bütün kart növləri üçün Meksika), SAMEA-da (Cənubi Asiya (Bankomat sisteminə ancaq Pakistan daxil edilmişdir), Orta Şərq, Afrika) və AP-də (Asiya və Sakit okean regionunda bankomat üzrə əməliyyatlar istisna edilməklə) istifadə zamanı olduqca ehtiyatlı olun, çünki EMV Öhdəliklərin Ötürülməsi Qaydaları ancaq yuxarıda xatırlanan regionlarda qüvvədədir. Əlavə məlumat üçün Siz göstərilən regionlara daxil olan ölkələrin siyahısını əldə etməlisiniz. EMV Öhdəliklərin Ötürülməsi Qaydaları –maqnit zolaqlı kartlar üçün, çipə qaytarılma əməliyyatı olmadan, nəzərdə tutulmuş terminallarda (POS-terminallarda və bankomatda) sanksiya edilməmiş əməliyyatlarının yerinə yetirildiyi hallarda, ekvayerin kartı buraxan tərəf qarşısında maliyyə öhdəliklərini tənzimləyən məsuliyyətdir. Bu məsuliyyət özünə həm də ŞEN-kod vasitəsilə ticarət sövdəsinin təsdiqini daxil edir. Bank kartından vəsaitin avtorizasiya edilmədən çıxarılması haqqında şübhə yarandıqda, bankla əlaqə yaradın. Bank hesabınızla bu cür avtorizasiya edilməmiş əməliyyata qarşı iddia qaldırmaq qabiliyyətinə malik ola bilər.
Mütəmadi olaraq risklərin azaldılması üçün Bank kartı vasitəsi ilə keçən əməliyyatların əks olunduğu hesabatı Bankdan alın və sanksiya olunmamış əməliyyatların (bu tip əməliyyatlar daha çox Cənub Şərqi Asiya ölkələrində, Afrika və Latın Amerikası ölkələrində, Moldova, Böyük Britaniya, İspaniya, Ukrayna və ABŞ-da qeydə alınır) olub-olmamasına nəzarət edin. Bu tip əməliyyatlar aşkar olunan zaman dərhal bankın Müştəri Xidmətləri ilə əlaqə saxlayın, ilk olaraq kartı bloklaşdırın və daha sonra araşdırma aparmaq üçün mütləq banka müraciət edin.
Bank kartı vasitəsilə əməliyyat zamanı zəruri təhlükəsizlik tədbirləri
Bankomat vasitəsi ilə əməliyyat zamanı diqqətli olun, digər şəxslərə kartı və ya ŞEN-kodu etibar etməyin. ŞEN-kodu daxil edərkən kənar şəxslərin onu görə bilməyəcəyinə əmin olun.
Bankomat vasitəsi ilə əməliyyat zamanı 30 saniyə ərzində vəsait verilir. Bu müddətdə vəsait müştəri tərəfindən götürülməzsə, onda həmin vəsait bankomata geri qayıdacaqdır və istədiyiniz məbləğ Bank kartı hesabınızdan silinəcəkdir.
Ticarət müəssisələrində kartla ödəniş zamanı satış əməliyyatının Sizin iştirakınızla aparılmasını tələb edin. Əks halda Sizin kartın sürəti çıxarıla və sonradan kartın dublikatı yaradıla bilər.
Satış qəbzini imzalayan zaman mütləq məlumatın dəqiqliyini yoxlayın və sonra imza edin.
DİQQƏT!!! Əməliyyatdan sonra Sizə qaytarılan kartın həqiqətən Sizə aid olduğunu yoxlayın.
Ticarət müəssisələrində kart vasitəsi ilə əməliyyat edən zaman əgər ŞEN-kod daxil edirsinizsə, əvvəlcə əmin olun ki, ŞEN-kod üçün qurğu ödəniş terminalına birləşib və ya onun üzərindədir. Heç bir halda ticarət müəssisələrində kartın ŞEN-kodunu iki dəfə ayrı-ayrı qurğularda daxil edilməsi təklifini qəbul etməyin. Unutmayın ki, ŞEN-kod daxil olunmaqla keçirilən əməliyyatlar kart sahibi tərəfindən aparılmış hesab olunur.
İnternet vasitəsi ilə əməliyyat zamanı, bir qayda olaraq, çalışın etibarlı müəssisələrin xidmətindən istifadə edin. Bir qayda olaraq, daha etibarli virtual bazar subyektləri ödənişləri sertifikasiyadan keçmiş sistemlərindən istifadə edərək qəbul edirlər. Məsələn: Secure Socket Layer (SSL) protokolu və ya Secure Electronic Transaction (SET) standartı.
DİQQƏT!!! Hazırda "Bir günlük ticarət müəssisələri", məşhur saytların saxta oxşarları, real mövcud olmayan müəssisə saytları və s. kimi qanunsuz internet ticarət subyektləri daha çox rast gəlinir.
Kartın nömrəsini, CVV2 kodu (bəzən PVV2), istifadə müddəti haqqında informasiyanı heç bir halda telefon vasitəsi ilə hər hansı müəssisəyə (təyinatından asılı olamayaraq) qəti təqdim etməyin.
Bankın və Prosessinq Mərkəzinin telefon nömrəsini ayrı bir yerdə saxlayın (mobil telefonunuzun kitabçasında və s.).
Bank kartları ilə əməliyyat zamanı riayət olunması vacib olan 5 qızıl qayda:
- ŞEN-kodu unutmaq, Bank kartının üzərinə qeyd etmək, onları bir yerdə saxlamaq və ya kiməsə etibar etmək olmaz!
- Bankomat vasitəsi ilə əməliyyat zamanı Bank kartının ŞEN-kodunu daxil edərkən diqqətli olun, kənar şəxslərin monitora və ya klaviaturaya baxmasına şərait yaratmayın!
- Bankomat POS-terminallarda əməliyyat zamanı Sizə verilən qəbzləri onlara yaxın yerdə olan qutulara atmayın!
- Hər ayın sonu Sizə aid Bank kartı üzrə əməliyyatları yoxlayın! Hər hansı tanış olmayan əməliyyat aşkar etdiyinizdə mütləq Bankın müştəri xidmətlərinə müraciət edin!
- Bank kartının itirildiyi və ya oğurlandığı zaman dərhal Bankın müştəri xidmətlərinə və ya Prosessinq Mərkəzinə müraciət edin!