Stop Kredit xidməti
Stop-kredit - xidməti ilə icazələri idarə edə biləcəyini bilirdin?
“Stop-kredit” xidməti adınıza məsafədən istehlak krediti rəsmiləşdirilməsinə və kredit limitinin məsafədən artırılmasına könüllü məhdudiyyət qoymağa imkan verir. Bu xidmət mümkün dələduzluq hallarına qarşı əlavə təhlükəsizlik tədbiri kimi nəzərdə tutulub.
Xidmətdən necə istifadə etmək olar?
“Stop-kredit” xidmətini aktivləşdirmək üçün:
-
Findoc platformasında “Stop-kredit” bölməsinə daxil olun.
-
Müraciətinizi SİMA vasitəsilə təsdiqləyin.
-
Məhdudiyyət dərhal aktivləşdiriləcək.
Xidmətin şərtləri
-
Xidmətdən Findoc platformasında ödənişsiz istifadə edə bilərsiniz.
-
Məhdudiyyətin ləğvi üçün müraciət etdikdə, məhdudiyyət 24 saat sonra qüvvədən düşür.
Təhlükəsizliyiniz üçün vacib qeyd
Bank əməkdaşları heç bir halda müştərilərdən SMS təsdiq kodlarını, şifrləri və ya Findoc hesabına giriş məlumatlarını tələb etmirlər. Bu məlumatları üçüncü şəxslərlə paylaşmayın.
