Akkreditivlər

Sənədli əməliyyatlar sahəsində Azərbaycanın ən təcrübəli banklarından birinə müraciət edərək sizə təklif edilən Akkreditiv və Zəmanət xidmətlərindən faydalanın!

-

Akkreditiv

Üstünlüklər:
Ödənişin dərhal malların yüklənməsini təsdiq edən sənədlərin təqdim edilməsindən sonra həyata keçirilməsi nəzərdə tutulduğu halda, Akkreditiv ticarətin maliyyəşdirilməsi aləti kimi istifadə edilə bilər.

Akkreditivin istifadəsi ilə bağlı xərclər kredit borcu üzrə yaranan xərclərdən daha azdır.

 

 

Ümumi məlumat:


Expressbank Sizə aparıcı xarici bankların təsdiqi ilə müşayiət olunan akkreditivlər daxil olmaqla akreditivlərin bir çox mövcud formalarını və növlərini təqdim edir. Sizə ticarət fəaliyyətiniz ilə bağlı məsləhət verməyə və Sizə ən optimal sxemi seçməyə dəstək olmağa hazırıq.

Expressbank-da təklif edilən Akkreditiv növləri

Rezervli akkreditiv (Stand by LC)

Təsdiq olunmuş akkreditiv (Confirmed LC)

Təsdiq olunmamış akkreditiv (Uned LC)

Sonradan maliyyələşdirmə şərti ilə açılmış akkreditiv (LC with post-financing term)

  

Bu xidmətin alıcı üçün üstünlükləri:

Ödəniş yalnız akkreditivdə göstərilən gömrük prosedurlarını keçmək və malları əldə etmək üçün tələb olunan sənədlər təqdim edildikdə həyata keçirilir

Malın çatdırılma tarixini nizamlamaq imkanı

 

Bu xidmətin satıcı üçün üstünlükləri:

Akkreditiv üzrə ödəniş bir və ya bir neçə bankın öhdəliyidir

Tələb olunan sənədlərin təqdim olunması ödənişin aparılmasının zəmanətidir

 

 

Tariflər