Lotereya

Expressbank Visa kartları ilə 10 AZN və yuxarı ödənişlər edərək lotereyada iştirak şansı əldə edə bilərsən. Daha çox ödəniş, daha çox şans deməkdir!

LOTEREYA HAQQINDA

 

Expressbank Visa kartları ilə "Şans Ekspressi" lotereyasını elan edir. 4 rübdən ibarət olacaq lotereya 01 aprel 2024-cü il – 31 mart 2025-ci il (hər iki tarix daxil) tarixlərini əhatə edəcək.

1 oktyabr – 31 dekabr 2024-cü il tarixlərində lotereyanın III rübünün 3 tirajı (15 noyabr, 17 dekabr, 15 yanvar) oynanılır. Qeyd edilən müddətdə Expressbank-ın Visa kartları ilə ödəniş edənlərin dəyərli hədiyyələr qazanmaq şansı olacaq.

 

Hədiyyələr:

 

1-ci tiraj 2-ci tiraj 3-cü tiraj

iPhone 16

3 ədəd

iPhone 16

3 ədəd

 

 

Volkswagen ID4 Pure+ (2024)

1 ədəd 

  

 

Apple Watch 10

5 ədəd

Apple Watch 10

5 ədəd

Apple Airpods 4

10 ədəd

Apple Airpods 4

10 ədəd

 

 

Qaliblər:

Lotereyanın III rübünün qalibləri

"Şans Ekspressi" lotereyasının I Tirajının qalibləri

"Şans Ekspressi" lotereyasının II Tirajının qalibləri

 

Lotereyanın II rübünün qalibləri

"Şans Ekspressi" lotereyasının I Tirajının qalibləri

"Şans Ekspressi" lotereyasının II Tirajının qalibləri

"Şans Ekspressi" lotereyasının III Tirajının qalibi

 

Lotereyanın I rübünün qalibləri

"Şans Ekspressi" lotereyasının I Tirajının qalibləri

"Şans Ekspressi" lotereyasının II Tirajının qalibləri

"Şans Ekspressi" lotereyasının III Tirajının qalibi

 

 

Lotereyada iştirak edən Visa kartları:

Expresso Standart
SİFARİŞ ET
Expresso Platinum
SİFARİŞ ET
Visa Infinite
SİFARİŞ ET
Expresso Salary (Əməkhaqqı)
SİFARİŞ ET
Expresso Gold -

Qeyd: Lotereyada qeyd edilən kartların bütün valyutalar üzrə həm debet, həm də kredit kartları iştirak edir.

 

  • 10 AZN və daha çox məbləğdə pos-terminal ödənişi və onlayn alış-veriş edən şəxslər lotereyada iştirak haqqı qazanır.
  • Visa kartların Expresso Standart (Adlı və adsız), Expresso Gold və Salary (Əməkhaqqı) növləri ilə edilən ödənişlər 1 qat, Expresso Platinum növləri (Əməkhaqqı kartları daxil) 2 qat, Infinite növləri (Əməkhaqqı kartları daxil) isə 3 qat şans yaradır.
  • I və II tirajda toplanan şanslar lotereyanın III tirajında da hesablanır. Müştəri əməliyyatı "revers" etdiyi, yəni geri qaytardığı zaman həmin əməliyyata görə qazanmış olduğu şans hesablanmayacaq.
  • 10 AZN-dən yuxarı edilən ödənişlərin məbləği isə 10-a bölünür, yuvarlaqlaşdırılmış şəkildə hesablanır.

Nümunə: Müştəri Expressbank Visa kartı vasitəsilə ay ərzində 37 AZN və 18 AZN dəyərində iki ədəd ödəniş etmişdir. Ay sonunda müştərinin lotereyada iştirakı üçün 4 ədəd şansı yaranacaqdır. (37 AZN ÷ 10 = 3.7 AZN → 3 şans və 18 AZN÷ 10 = 1.8 AZN → 1 şans. Ay sonunda ümumilikdə 4 şans (3+1 şans).

  • Lotereyada şans qazanmaq limitsizdir. İstifadəçilər Express24 tətbiqini yükləyərək şans saylarını yoxlaya bilərlər.
  • Lotereyanın qalibləri hər tirajın sonunda, yəni 15 noyabr, 17 dekabr və 15 yanvar tarixlərində "Expressbank"ın sosial media səhifələrində canlı yayımda açıqlanacaq.

 

"Şans Ekspressi" lotereyasının şərtləri

 

Lotereyada iştirak etməyən əməliyyatlar:

  • Kartdan karta köçürmələr üzrə – 4829, 6536, 6537, 6538, 6532, 6533
  • Dövlət ödənişləri üzrə – 9211, 9222, 9223, 9311, 9399, 9402, 9405, 8398, 8651, 8661
  • Nəqliyyat ödənişləri üzrə – 4119, 4121, 4131, 4214, 4215, 4225, 4411, 4457, 4468, 4789, 4011, 4111, 4112, 4784
  • Kommunal xidmətlər üzrə – 4900
  • Rabitə/İnternet/Kabel/peyk ödənişləri üzrə – 4899, 4814, 4816, 4813, 7399
  • Elektron pul qabı üzrə (Quasi Cash) – 6540, 6012, 6050, 6051, 6211
  • Mərc oyunları üzrə – 7995, 7801, 7800, 7802, 9406, 9754
  • ATM/POS Cash nağdlaşdırma üzrə – 6010, 6011
  • Asan Xidmət üzrə – 1100

 

 

❓ Tez-tez soruşulan suallar

 

Lotereyada necə iştirak etmək olar?
Lotereyada iştirak etmək üçün 1 oktyabr – 31 dekabr tarixlərində (hər iki tarix daxildir) Expressbank Visa kartları ilə 10 AZN və yuxarı məbləğdə qeyd edilən əməliyyatları həyata keçirmək lazımdır.

Lotereyada hansı kartlar iştirak edir?

Lotereyada Expressbank Visa kartlarının Expresso Standart (Adlı və adsız), Expresso Gold, Expresso Platinum, Salary (Əməkhaqqı) və Visa Infinite növləri iştirak edir.

 

Şans (iştirak hüququ) nədir?

Şans müştərinin yuxarıda adı çəkilən kartlar ilə lotereya müddətində etdiyi müvafiq əməliyyatlar qarşılığında qazandığı lotereyada iştirak hüququdur. Bu şanslar toplanaraq kart sahibinin lotereya tirajında qalib olmaq ehtimalını artırır.

Hansı əməliyyatlar şans qazandırır?
Expressbank Visa kartları ilə edilmiş 10 AZN və yuxarı bütün növ ödənişlər şansı qazandırır.
İstisna MCC-lərdə edilən ödənişlər və Biznes kartlar, Expresso adı altında sifariş edilməyən kartlar (Infinite və Salary (Əməkhaqqı) kartlar istisna olmaqla).

Gündəlik maksimum neçə əməliyyat üzrə şans qazana bilərəm?
Lotereyada hər kart üzrə bir gün ərzində limitsiz şans qazanmaq mümkündür.

1 müştəri neçə dəfə qalib ola bilər?
Bir müştəri hər tirajda 1 dəfə, lotereya müddətində isə 3 dəfə qalib ola bilər. Yəni, 1-ci və ya 2-ci tirajlarda qalib gələn müştəri 3-cü yekun tirajda da qalib ola bilər.

Müştərilər şansları barədə məlumatı necə əldə edəcəklər?
Müştərilər şans sayları barədə məlumatı Express24 tətbiqinə daxil olaraq əldə edə bilərlər.

Lotereyada kimlər iştirak edə bilməz?
Lotereyanın keçirildiyi müddət ərzində “Expressbank” ASC-nin əməkdaşı olan şəxslər, 18 yaşına çatmamış şəxslər, lotereyanın keçirilməsinə bu və ya digər formada cəlb edilən şəxslər, lotereya üzrə tiraj komissiyasının üzvləri və lotereyada iştirakdan könüllü şəkildə imtina edən şəxslər iştirak edə bilməz. 

Lotereyada qalib olsam, uduşu başqası götürə bilərmi?
Lotereyada qalib olan şəxs lotereyada uduş fondunun əldə edilməsi ilə bağlı notarial etibarnamə verdiyi üçüncü şəxs uduşu əldə edə bilər.

Ölkəxaricində aparılan kart əməliyyatları lotereyada şans qazandırırmı?
Bəli, ölkəxaricində şərtlərə uyğun edilən əməliyyatlar lotereyada şans qazandırır.

 

Lotereyada iştirakdan imtina etmək mümkündürmü?

Bəli. İştirak hüququ qazanmış şəxs “STOP” yazaraq 8132 nömrəsinə SMS göndərməklə və ya Express24 tətbiqində “deaktiv et” seçimini etməklə lotereyada iştirak hüququndan imtina edə bilər. İştirakçının qeyd edilən SMS-i göndərməməsi və ya tətbiqdə “deaktiv et” seçimini etməməsi lotereyada iştiraka razılığı kimi qəbul edilir.